Bank of Azerbaijan öz müştərilərinə müxtəlif növ kreditlər təqdim edir, bununla belə uzun müddət bankla əməkdaşlıq edən, sabit maliyyə vəziyyətinə və müsbət kredit tarixçəsinə malik, eyni zamanda satıla bilən girov təqdim edən müştərilərə üstünlük verir.

Hüquqi şəxs təsis etmədən sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxslərə kreditlərin verilməsi şərtləri:
1. Borc alan sahibkar 6 aydan az olmayan bir muddətdə bankın müştərisi olmalıdır;
2. Sahibkarın qeyd olunan sahədəki fəaliyyəti ən azı 12 ay təşkil etməlidir;
3. İtkisiz fəaliyyət;
4. Təqdim olunmuş girovun dəyəri kredit məbləğindən 2 dəfə artıq olmalıdır;
5. Kredit məbləğinin və ona əlavə edilmiş faizlərin həm sahibkarın əsas fəaliyyəti, həm də digər gəlirləri hesabına vaxtında ödənilməsi imkanı;
6. Təqdim olunmuş sənədlərin qüvvədə olan qanunvericiliyə uyğun olması.

Bu tələblərə uyğun gələn müştərilər banka müraciət etməli və kredit əldə etmək üçün ərizəni doldurmalıdırlar. Bundan sonra kredit idarəsinin əməkdaşları müştəri ilə müsahibə aparacaqlar. Kreditin verilməsi barədə son qərar müştərinin təqdim etdiyi sənədlər paketinə baxış kecirildikdən sonra bankın səlahiyyətli orqanı tərəfindən qəbul edilir.

Hüquqi şəxs təsis etmədən sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxslər tərəfindən təqdim olunan sənədlərin siyahısı:
                                                                                                                     1. Krediti almaq üçün ərizə;
2. Bankın idarə Rəhbərinin adına yazılmış sərbəst ərizə;
3. Sahibkarın şəxsiyyət vəsiqəsinin surəti;
4. İmzanın nümünəsi;
5. İş yerindən arayış (əməkhaqqını, vəzifəni, stajı qeyd etməklə);
6. Yaşayiş yerindən arayış;
7. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin qeydiyyatı haqqında şəhadətnamənin surəti;
8. Son hesabat dövrü üçün maliyyə hesabatı;
9. Auditor yoxlama aktının surəti (əqər illik dövriyyə 2,5 milyard manatdan çoxdursa);
10. Son hesabat dövrü üçün vergi bəyannaməsinin surəti;
11. Digər banklarda olan hesablardakı qalıqlar və kredit borcları haqqında arayış;
12. Kreditin məqsədini təsdiqləyən sənədlər;
13. Ssuda hesabının açılması üçün verqi müfəttişliyinin bildirişinin dublikatı;
14. Lazım qəldiyi halda - xüsusi içazə (lisensiya).

 

Sahibkarlıq kreditləri

 

 

 

Bank of Azerbaijan ASC © 2008. Bütün hüquqlar qorunur

Məlumat Mərkəzi: 175;  Tel: (+99412) 499 70 00 ;  Fax: 499 70 10; Email: office@bank.az

Baş səhifə | Bank haqqında | Xəbərlər | Korporativ e-mail | Saytın xəritəsi | Əlaqə