|
İpoteka
krediti
– yaşayış
sahəsinin
alınması
məqsədilə
daşınmaz əmlakla
təmin olunmaq
şərti ilə
müvəkkil kredit
təşkilatı
tərəfindən
verilən borcdur.
İpoteka
kreditlərinin
verilməsi
şərtləri:
|
Şərtlər |
Adi ipoteka kreditləri |
Güzəştli ipoteka kreditləri |
|
Maksimal məbləğ |
50 000 AZN |
35 000 AZN |
|
Maksimal illik faiz dərəcəsi |
8% |
4% |
|
Maksimal müddət |
25 il |
30 il |
|
İlkin ödəniş |
15% |
15% |
Fondun
vəsaiti hesabına
verilən ipoteka
kreditləri
aşağıdakı
tələblərə cavab
verməlidir:
• Kredit
Azərbaycan
manatı ilə
verilməlidir;
• Kredit
Azərbaycan
Respublikasının
vətəndaşına
verilməlidir;
• İpoteka
predmeti yalnız
mənzil və ya
fərdi yaşayış
evi ola bilər;
• Kreditin
məbləği kreditin
verildiyi tarixə
ipoteka ilə
yüklü edilən
daşınmaz əmlakın
bazar qiymətinin
85%-dən çox
olmamalıdır;
• İpoteka
kreditləri üzrə
ödəniləcək aylıq
məbləğ
borcalanın (borcalanların)
aylıq məcmu
gəlirinin
70%-dən çox
olmamalıdır;
• Borcalanın (birgə
borcalanın) və
onun ailəsinin
həyatı və
fəaliyyəti ilə
əlaqədar
müntəzəm
ödənişlər hər
bir ailə üzvünün
saxlanılması
üçün xərc ölkə
üzrə müəyyən
olunmuş yaşayış
minimumundan az
götürülə bilməz.
• Kreditin son
ödəniş tarixinə
borcalanın yaşı
qanunvericiliklə
müəyyən olunmuş
pensiya yaş
həddindən çox
olmamalıdır;
• Kredit
daşınmaz əmlakın
ipotekası ilə
təmin
olunmalıdır;
• İpoteka ilə
yüklü edilən
daşınmaz əmlak
AİF tərəfindən
təsdiq olunmuş
siyahıya daxil
olan və onunla
əməkdaşlığa dair
müqavilə
bağlamış
müstəqil
qiymətləndirici
tərəfindən
qiymətləndirilməlidir;
• İpoteka
saxlayanın
hüquqları
qanunvericiliklə
müəyyən edilmiş
qaydada dövlət
qeydiyyatına
alınmalıdır;
• Kredit üzrə
əsas borc və
hesablanmış
faizlər hər ay
bərabər
hissələrlə (annuitet
ödənişlər)
ödənilməlidir;
• İpoteka ilə
yüklü edilmiş
daşınmaz əmlakın
bazar qiyməti
əsas götürülərək
ipoteka ilə
təmin edilən
kreditin
həcmindən az
olmamaq şərtilə
sığortalanmalıdır;
• Həyat sığorta
müqaviləsi.
Birgə
borcalanların
həyat sığortası
onların ipoteka
kreditinin
məbləği
hesablanarkən
gəlirlərinin
xüsusi çəkisinə
proporsional
qaydada
aparılmalı və
birgə
borcalanların
həyat
sığortasının
ümumi məbləği
ipoteka krediti
məbləğindən az
olmamalıdır;
• AİF tərəfindən
müəyyən olunan
digər tələblər.
İpoteka
kreditləri üzrə
güzəştlərdən
aşağıdakı
şəxslərin
istifadə etmək
hüququ vardır:
1. Gənc
ailənin üzvü
olan aşağıdakı
şəxslər:
o şəhid
ailəsinin üzvü (əri/arvadı,
övladları);
o Milli Qəhrəman
(özü, əri/arvadı,
övladları);
o məcburi köçkün
və ya ona
bərabər tutulan
şəxs;
o üç ildən az
olmayan müddətdə
dövlət
qulluqçusu
işləyən şəxs;
o elmlər
namizədi və ya
doktoru elmi
dərəcəsi olan
şəxs;
o idman
sahəsində xüsusi
xidmətləri olan
şəxslər (fəxri
bədən tərbiyəsi
və idman xadimi,
ölkə miqyaslı
yarışların
qalibi (I yer),
beynəlxalq
miqyaslı
yarışların
mükafatçıları
(I, II və III
yerlər);
2. Üç ildən az
olmayan müddətdə
hərbi xidmətdə
olmuş Azərbaycan
Respublikası
Müdafiə
Nazirliyinin
Azərbaycan
Respublikası
Milli
Təhlükəsizlik
Nazirliyinin,
Azərbaycan
Respublikası
Daxili İşlər
Nazirliyinin
Daxili
Qoşunlarının,
Azərbaycan
Respublikası
Dövlət Sərhəd
Xidmətinin və
Azərbaycan
Respublikası
Xüsusi Dövlət
Mühafizə
Xidmətinin hərbi
qulluqçuları (müddətli
həqiqi hərbi
xidmətdə olan
hərbi
qulluqçularından
başqa).
Qeyd:
İpoteka
kreditləri üzrə
güzəştlərdən
istifadə etmək
hüququ olan hər
bir ailə (şəxs)
bu güzəştlərdən
yalnız bir dəfə
istifadə edə
bilər.
|
İPOTEKA
KREDİTİNİN
ALINMASI
ÜÇÜN
TƏQDİM
OLUNMALI
ƏSAS
SƏNƏDLƏR |
• İPOTEKA
KREDİTİNİN
ALINMASI ÜÇÜN
TƏLƏB OLUNAN
SƏNƏDLƏR
1. Borcalanın (birgə
borcalanın)
şəxsiyyətini
təsdiq edən
sənəd və sənədin
surəti.
2. Nikahın
bağlanması (və
ya boşanma)
barədə
şəhadətnamə (sənədin
surəti).
3. Borcalanla (birgə
borcalanla)
birgə yaşayan
yetkinlik yaşına
çatmış ailə
üzvlərinin
şəxsiyyətini
təsdiq edən
sənədlər (sənədlərin
surəti)
4. Borcalanın (birgə
borcalanın)
yetkinlik yaşına
çatmamış ailə
üzvlərinin
şəxsiyyət
vəsiqələri və ya
doğum haqqında
şəhadətnamələri
(sənədlərin
surəti)
5. Borcalanın (birgə
borcalanın) əmək
müqaviləsi və ya
onun iş yerinin
kadrlar idarəsi
tərəfindən
təsdiq edilmiş
əmək
kitabçasının
surəti.
6. Borcalanın (birgə
borcalanın)
gəlirlərini
təsdiq edən
sənədlər (əsas
və əgər varsa,
əlavə iş
yerindən arayış
və s.).
7. İpoteka
predmetinin
qiymətləndirmə
aktı.
•
İPOTEKANIN
RƏSMİLƏŞDİRİLMƏSİ
ÜÇÜN TƏLƏB
OLUNAN SƏNƏDLƏR
1. İpoteka
qoyulan yaşayış
sahəsi üzrə
mülkiyyət
hüququnu təsdiq
edən sənəd (dövlət
reyestrindən
çıxarış) və
texniki pasport
(tələb olunduqda).
2. İpoteka
predmetinin
digər öhdəliklər
üzrə yüklü
edilməməsini və
məhdudiyyət
olmadığını
təsdiq edən
sənəd.
3. İpoteka
qoyulan yaşayış
sahəsi üzrə
qeydiyyatda
olanlar haqqında
arayış.
4. İpoteka
predmetinin
ipotekaya
qoyulmasına və
məhkəmədənkənar
qaydada
satılmasına dair
ərin/arvadın,
ipoteka
predmetində
qeydiyyatda olan
digər yetkinlik
yaşına çatmış
ailə üzvlərinin
notariat
orqanlarına
təqdim olunan
razılığının
surəti. İpoteka
predmetinin
mülkiyyətçisi
yetkinlik yaşına
çatmamış şəxs
olduqda, onun
maraqları
çərşivəsində
səlahiyyətli
qəyyumluq və
himayəçilik
orqanlarının
razılığının
surəti.
•
İPOTEKANIN
RƏSMİLƏŞDİRİLMƏSİNDƏN
SONRA TƏQDİM
OLUNMALI
SƏNƏDLƏR
1. İpoteka
müqaviləsinin (Qarışıq
müqavilə) və
ipoteka
kağızının əsli
və onların
dövlət
qeydiyyatından
keçməsini
təsdiqləyən
sənədlər.
2. Borcalanın
həyatın ölüm
halından və əmək
qabiliyyətinin
itirilməsinin və
ipoteka
predmetinin
sığortalanmasını
və sığorta
ödənişlərinin
ödənildiyini
təsdiqləyən
sənədlər.
3. Alınmış
yaşayış
sahəsinin
alqı-satqı
müqaviləsinin
surəti.
4. Yaşayış
sahəsinin
satıcısının (fiziki
şəxslər üçün)
şəxsiyyətini
təsdiq edən
sənədin surəti.
• BORCALAN
FƏRDİ SAHİBKAR
OLDUQDA ƏLAVƏ
OLARAQ TƏQDİM
OLUNMALI
SƏNƏDLƏR
1. Sahibkarın
vergi
orqanlarında
qeydiyyatdan
keçməsi haqqında
şəhadətnamə (surəti).
2. Vergi
orqanları
tərəfindən qəbul
olunmuş gəlir
vergisi və ya
sadələşdirilmiş
vergi
bəyannaməsi.
• BORCALAN
GÜZƏŞTLİ
KATEQORİYAYA AİD
OLDUQDA ƏLAVƏ
OLARAQ TƏQDİM
OLUNMALI
SƏNƏDLƏR
1. Borcalanın
güzəştli
kateqoriyaya aid
olmasını təsdiq
edən sənəd.
Qeyd: Təqdim
olunmuş
sənədlərin
surətləri
notarial qaydada
təsdiqlənməlidir
İpoteka
kreditini əldə
etmənin ardıcıl
mərhələləri:
1. Ipoteka
kreditini almaq
istəyən şəxs
təsdiq edilmiş
şərtlərə müvafiq
olaraq öz
imkanlarını
qiymətləndirməlidir.
2. İpoteka
kreditlərinin
şərtlərinə cavab
verən şəxslər
müvvəkil kredit
təşkilarlarına
müraciət edərək
ilkin
qiymətləndirmədən
keçməlidirlər.
3. Kreditin
anderraytinqi,
bu mərhələdə
müraciət edən
şəxsin təqdim
etdiyi sənədlər
əsasında ipoteka
kreditini
qaytarmaq
qabliyətini
həmçinin ipoteka
qoyulan əmlakın
dəyərini və
vəziyyətini
qiymətləndirməsi
həyata keçirilir.
Nəticədə kredit
təşkilatı kredit
almaq istəyən
şəxsə kreditin
verilməsinə və
ya verilməməsinə
son qərar verir.
4. İpoteka
kreditinin
rəsmiləşdirilməsi,
bu mərhələdə
zəruri sənədlər
toplanılır,
kredit, ipoteka
və sığorta
müqavilələri
imzalanılır və
qanunvericiliyə
uyğun qaydada
təsdiq edilir və
yaranan hüquqlar
Dövlət
qeydiyatına
alınır.
5. Kreditin
verilməsi.
6. Kredit üzrə
öhdəliklərin
icrası - müəyyən
edilmiş ödəmə
qrafikinə uyğun
olaraq kredit
alan şəxs kredit
üzrə
ödənişlərini
aparmalıdır.
İPOTEKA
KREDİTİNİN
RƏSMİLƏŞDİRİLMƏSİ
İLƏ BAĞLI
XƏRCLƏR VƏ
MÜDDƏTLƏR
|
HƏRƏKƏTİN ADI |
RÜSUM
AZN |
İDARƏNİN
ADI |
MÜDDƏT |
QANUNVERİCİLİK |
|
Daşınmaz əmlakın özgəninkiləşdirilməsi
barədə
müqavilələrin
təsdiqi
(Bakı
ş.) |
110 AZN |
Notarius |
5 - 7 gün ərzində |
Dövlət Rüsumu haqqında
Qanun,
Maddə
10.1.2
və
Mülki
Məcəllə,maddə
146.4 |
|
Daşınmaz əmlakın özgəninkiləşdirilməsi
barədə
müqavilələrin
təsdiqi
(Bakı
ş.-dən
kənar) |
44 AZN |
Notarius |
5 - 7 gün ərzində |
------//------ Maddə 10.1.2. və
------//------,
maddə
146.4 |
|
Əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi |
11 AZN |
DƏDRX |
20 gün ərzində |
------//------ Maddə 26.1. və Daşınmaz
Əmlakın
Dövlət
Reyestri
haqqında
Qanun,
maddə
9.2. |
|
Daşınmaz əmlakın dövlət reyestrindən
arayışların
verilməsi |
Rüsumun 30% miqdarında xidmət haqqı |
DƏDRX |
5 iş günü ərzində |
Daşınmaz Əmlakın Dövlət Reyestri
haqqında
Qanun,
maddə
5.3. və
6.2 |
|
Dəyəri ≤ 2200 AZN olan ipoteka müqavilələrinin
təsdiqi |
4,4 AZN |
Notarius |
5-7 gün ərzində |
Dövlət Rüsumu haqqında
Qanun,
Maddə
10.4.1.
və
Mülki
Məcəllə,maddə
146.4 |
|
2200 < Dəyəri ≤5500 AZN olan ipoteka
müqavilələrinin
təsdiqi |
16,5 AZN |
Notarius |
5-7 gün ərzində |
------//------ Maddə 10.4.2. və
------//------,
maddə
146.4 |
|
Dəyəri > 5500 AZN olan ipoteka müqavilələrinin
təsdiqi |
27,5 AZN |
Notarius |
5-7 gün ərzində |
------//------ Maddə 10.4.3. və
------//------,maddə
146.4 |
|
İpotekanın dövlət qeydiyyatı |
8,8 AZN |
DƏDRX |
5 iş günü ərzində |
Dövlət Rüsumu haqqında Qanun Maddə 26.
3. və
Daşınmaz
Əmlakın
Dövlət
Reyestri
haqqında
Qanun,
maddə
20.3. |
|
İpoteka kağızını tərtib edən şəxsin
imzasının
təsdiqi |
0,22 AZN |
Notarius |
1 gün ərzində |
Dövlət Rüsumu haqqında Qanun Maddə
10.16 |
|
Ipoteka kağızının dövlət qeydiyyatı |
4,4 AZN |
QKDK |
3 iş günü ərzində |
------//------ Maddə 26.6 və İpoteka
Kağızının
Dövlət
Qeydiyyatı
Qaydalarının
2.2
bəndi |
|
İpotekanın əlavə dövlət qeydiyyatı |
1,1 AZN |
DƏDRX |
3 iş günü ərzində |
------//------ Maddə 26.5. və İpoteka
haqqında
Qanun
maddə
14.1. |
|
İpoteka kağızının əlavə qeydiyyatı |
1,1 AZN |
QKDK |
2 iş günü ərzində |
------//------ Maddə 26.7 və İpoteka
Kağızının
Dövlət
Qeydiyyatı
Qaydalarının
3.3
bəndi |
|
Notariusun deposit hesabından vəsaitin
çıxarılması
üçün
nağd pul
komissionu |
Məbləğin 0,15 % miqdarında |
Bank |
yoxdur |
Azərbaycan Respublikasında notariat
hərəkətlərinin
aparılması
qaydaları
haqqında
Təlimat,
maddə
160-1 |
SIĞORTA
XƏRCLƏRİ
|
SIĞORTANIN
NÖVÜ |
MƏBLƏĞ |
MÜDDƏT |
|
Həyat sığortası |
Kredit məbləğinin 0,48% – 1,24% miqdarında |
3-5 gün müddətində |
|
Əmək qabiliyyətinin sığortası |
Kredit məbləğinin 0,53% – 0,95% miqdarında |
3-5 gün müddətində |
|
Əmlak sığortası |
Kredit məbləğinin 0,27% – 1,73% miqdarında |
3-5 gün müddətində |
İPOTEKA
PREDMETİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
|
MİNİMUM
MƏBLƏĞ |
MAKSİMUM
MƏBLƏĞ |
MÜDDƏT |
|
10 AZN |
150 AZN |
3-5 gün müddətində |
|