|
Kredit xətti aşağıdakı şəxslər
üçün açıla bilər:
1. Bank of Azerbaijan-da depozit
hesabı sahiblərinin plastik
kartında vəsaitin 50%-i həcmində
kredit xətti açılır;
2. Digər fiziki şəxslər üçün.
Kreditin verilmə şərtləri:
1. Kredit Bakıda, Sumqayıtda və
ya Bank of Azerbaijan filialının
yerləşdiyi digər şəhərlərdə
daimi geydiyyatı olan ölkə
vətəndaşlarına və ya ış vizası
olan xarici vətəndaşlara verilir;
2. Kredit xarici vətəndaşlara 6
aya qədər, ölkə vətəndaşlarına
isə 36 aya qədər müddətə verilir.
Depozit sahibləri depozit
müqaviləsinin son tarixinə qədər
kredit xətti ilə təmin olunurlar;
3. Kredit xətti illik 24%
ödənişlə verilir;
4. Borc alan şəxs hər ay
istifadə olunmuş məbləğdən
faizləri ödəyir, əsas borc isə
müqavilə müddətinin sonunda
ödənilir.
Kredit xəttini açmaq üçün lazım
olan sənədlər:
1. Borc alan şəxsin şəxsiyyət
vəsiqəsinin surəti;
2. İş yerindən arayış (əməkhaqqı
və vəzifəni qeyd etməklə)
3. Borc alan şəxsin imzasının
nümunəsi;
4. Krediti almaq üçün ərizə
(forma №2);
5. Ərizə;
6. Krediti almaq üçün lazım olan
digər sənədlər.
Kredit və zamanəti almaq üçün
zəruri olan girovun növləri:
• İş yerini və əməkhaqqını qeyd
etmək şərtilə zamin duran
şəxsdən məktub;
• Qiymətli kağızlar;
• Bank depoziti;
• Banklar, kredit və ya sığorta
təşkilatlari tərəfindən verilmiş
zəmanətlər.
|