|
Plastik
kartlar :
Ənənəvi nəğd pul vəsaitindən daha çox üstünlük
təşkil edən ödəmə vəsaitinin müasir növü - "elektron
puldur”. Müasir həyatımızda nağd pul vəsaitləri öz
yerini plastik kartlara verməkdədir. Artıq nağd
pulların qorunmasına görə narahat olmağa dəyməz.
Plastik kartların yüksək müdafiə dərəcəsi olduğundan
onların istifadəsi nağd pul istifadəsindən daha
etibarlıdır. Kartların vacib üstünlüklərindən biri
də xaricə gedərkən kartdakı vəsaitin bəyan etmək
tələbinin olmamasıdır və beləliklə kartdakı pul
vəsaiti sərhədi məhdudiyyətsiz keçir. Plasitk
kartların köməyilə hər hansı xərcələri, istər adi
bir geyim əşyası olsun, istərsə də restoranda şam
yeməyinin haqqını rahatlıqla ödəyə bilərsiniz.
Bank of Azerbaijan üçün hazırlanmış plastik kart
dizaynları ən müasir dizayn texnologiyalarına
əsaslanaraq hazırlanıb və dünyanın bütün ölkələrində
qəbul olunur.
| “Bank of Azerbaijan”-ın plastik
kartları aşağıda göstərilən imkanları verir
: |
- Internet vasitəsi ilə ödəmələr etmək
- SMS notification
-
MobilBanking
- Respublikada və xaricdə bankomatlar vasitəsilə
nağd pul almaq
- xaricə səfər etdikdə kartda olan vəsaiti
deklarasiya etməmək
- respublika ərazisində və xarici ölkələrdə xidmət
və mallar üçün ödəniş etmək
- PİN kodla mühafizə olunan kartda vəsaitin etibarlı
yerləşdirilməsi
- kartdan karta pul köçürmələri etmək; "Card to
Card" xidməti
- Kartlar 3 aydan 3 il qədər sifariş oluna bilər.
- bizim kart məhsulların vasitəsilə müxtəlif
mağazalarda alış-veriş, sığorta və aviaşirkətlərdə,
restoranlarda və klinikalarda rahat ödəniş etmək
imkanı
-
Kart itdiyi halda və ya müştəri tərəfindən hər hansı
bir sorğu, əməliyyat etmək istəyi olarsa müştəri
AzeriCard-a telefon vasitəsi ilə müraciət edə bilər.
Bu zaman AzeriCard MMC-də( Əlaqə Nömrəsi: 012
5984697, zənglər 24 saat fasiləsiz qəbul edilir) bu
sorğunun cavablandırılması üçün müştəri kart
hesabının nömrəsini və ya kartın üstündəki nömrəni
deməklə bərabər, kartın məhz ona məxsus olduğunu
təsdiq edən, kart sifariş edən zaman seçdiyi kodu
deməklə əməliyyatları virtual
apara bilər.Bu kod müştəri üçün zəruri olduğu
qədərdə məxfi saxlanılmalıdır.
| “Bank of Azerbaijan” tərəfindən təklif
olunan plastik kartlar : |
- VISA Electron
- VISA Classic
- VISA GOLD
- VISA Platinum |
VISA Electron - Bu debet kartıdır lakin
on-line rejimində işləyir və kart üzrə bütün
əməliyyatlar elektron avtorizasiyadan keçməlidir. Bu
kartla nağd pulu respublikanın bütün
bankomatlarından və xaricdə beynəlxalq bankomat
sistemindən almaq və POS terminallar vasitəsilə
xidmətləri ödəmək olar. Bu kartda kredit xətti
nəzərdə tutulmur.
VISA Classic - bütün dünyada, üstündə Visa
loqotipi olan bütün ticarat nöqtələrində,
bankomatlarda, real və virtual mağazalarda, poçt və
telefon vasitəsilə qəbul edilən universal ödəmə
alətidir. Bu kart həm debet, həm kredit rejimində
işləyə bilər.
VISA GOLD - yüksək səviyyəli, sahiblərinə əla
keyfiyyət təmin edən prestijli kartlardır. Bu
kartlar da debet və kredit rejimlərində işləyə bilər.
Adi kartlardan əsas fərqli cəhəti ondan ibarətdir ki,
burada siz yüksək limiti imkanı qazanırsınız və onun
minimal səviyyəsi 5000 ABŞ dollardan başlayır.
VISA Platinum - bu
kart Gold kartın inkişafı yolunda atılmış
addımdır və onun sahibinin yüksək statusunu göstərir.
Bu kartın sahibləri “Bank of Azerbaijan”-ın VIP
müştəriləri sayılr.Bankda hər
bir əmanət qoyan şəxsə aşağda qeyd olunan tariflərə
əsasən pulsuz plastik kartlar hədiyyə olunur:
| Əmanət məbləği 1 000 – 5 000 AZN/USD/EUR
olduqda – Visa Electron |
| Əmanət məbləği 5 000 – 15 000 AZN/USD/EUR
olduqda – Visa Classic |
| Əmanət məbləği 15 000 AZN/USD/EUR dən
artıq olduqda – Visa Gold |
|