|
11
Fevral
2008 /
11:18
Bank of Azerbaijan
подключится к
международной системе
денежных переводов
Target2 |
 |
Как сообщили АПА-Экономикс в
головном офисе банка, уже направлено официальное
обращение противоположной стороне в связи с
подключением к данной системе.
Банк намерен приступить к оказанию услуг по этой
системе уже в 2008 году. На данный момент банк
подключен к международным системам денежных
переводов XPress Money и Western Union.
Bank of Azerbaijan – первый банк, подключающийся
к системе Target2. Международная система
денежных переводов Target2 была создана
Европейским центральным банком и ведущими
европейскими банками.
До ноября прошлого года европейские банки уже
должны были подключиться к данной системе.
Однако процесс затянулся, в связи с чем также
затягивается процесс подключения к системе
азербайджанских банков. В течение 2008 года
ожидается подключение к данной системе
большинства действующих в Азербайджане банков.
Отметим, что АКБ Bank of Azerbaijan действует с
1993 года. По состоянию на 1 января 2008 года
активы банка составили 92 млн. манатов,
кредитный портфель – 74,413 млн. манатов,
депозитный портфель – 35,652 млн. манатов,
совокупный капитал – 14,463 млн. манатов, в т.ч.
уставный капитал – 10 млн. манатов.
|
|
11fevral
2008
/ 11:18
В
2007 году активы Bank of
Azerbaijan возросли на
64% |
|
Это на 63,8% больше аналогичного показателя на 1
января прошлого года.
В головном офисе банка сообщили, что за отчетный
период кредитный портфель банка расширился на
62% и составил 74,413 млн. манатов, депозитный
портфель увеличился в 2,5 раза - до 35,652 млн.
манатов. Совокупный капитал банка вырос на 16,6%
- до 14,463 млн. манатов, в том числе уставный
капитал составил 10 млн. манатов.
За прошлый год доходы банка выросли на 71,5% и
составили 13,887 млн. манатов, расходы
увеличились на 58,8% – до 9,647 млн. манатов. В
итоге прибыль банка за последний год увеличилась
вдвое и составила 4,240 млн. манатов, чистая
прибыль – увеличилась в 2,1 раза – до 3,2 млн.
манатов.
Напомним, что АКБ Bank of Azerbaijan действует с
1993 года.
|
|
11
Fevral 2008 /
11:18
Определился
первый победитель
конкурса «BEST-КУРС» |
 |
Определился первый победитель конкурса
«BEST-курс», проводимого Бакинской Межбанковской
Валютной Биржей (BBVB) в этом году.
По итогам января его победителем стал валютный
трейдер ОАО «Bank of Azerbaijan» Азиз Талыбов,
первым отославшим на биржу наиболее близкое
значение прогнозного курса USD/AZN дневной
торговой сессии Биржевой Электронной Системы
Торгов (БЭСТ) на последний день прошлого месяца.
Прогнозируемый им биржевой курс USD/AZN лишь на
0,0002 пункта оказался выше курса,
зафиксированного 31 января по итогам дневной
сессии в БЭСТ. Начальник Отдела операций с
финансовыми инструментами BBVB Джамиль Багиров
сегодня вручил победителю от имени руководства
биржи ценный подарок – наручные часы фирмы
«Casio».
Согласно условиям конкурса «BEST-курс» свои
аналитические способности в прогнозировании
биржевого курса USD/AZN могут проявить как
специалисты банков, так и сотрудники частных и
государственных компаний, студенты и другие
заинтересованные лица за исключением сотрудников
самой биржи. Для этого им достаточно
воспользоваться отрывным купоном корпоративного
календаря BBVB, выпущенного в 2008 году в связи
с 15-летием биржи. Биржей принимаются прогнозные
значения средневзвешенного биржевого курса
USD/AZN по итогам дневной торговой сессии в
последний рабочий день каждого месяца. При этом
прогнозный курс должен указываться с точностью
до четырех знаков после запятой, а купон с его
значением может быть отослан на почтовый адрес
«AZ 1110 улица Гасана Алиева, 57» не позднее,
чем за 5 рабочих дней до окончания текущего
месяца.
Напомним, что результаты конкурса «BEST-курс»
подводятся по итогам каждого месяца. Экспертная
комиссия биржи определяет победителей, учитывая
точность прогноза и дату отправки купона. Кроме
того, среди конкурсантов определяются победители
за год.
|
11 noyabr
2008
/ 11:18
ВАЛЮТНЫЙ ТРЕЙДЕР ОАО
«BANK OF AZERBAIJAN»
СТАЛ ПОБЕДИТЕЛЕМ
КОНКУРСА «BEST-КУРС» |
 |
По итогам октября победителем конкурса «BEST-курс»
стал валютный трейдер ОАО «Bank of Azerbaijan»
Азиз Талыбов.
Прогнозируемое им значение биржевого курса USD/AZN
оказалось наиболее близким к итогам последней
дневной сессии Биржевой Электронной Системы
Торгов (БЭСТ). Ценный подарок победителю был
вручен начальником Отдела операций с финансовыми
инструментами BBVB Джамилем Багировым. Напомним,
что свои аналитические способности в
прогнозировании биржевого курса USD/AZN могут
проявить не только специалисты банков, но и
сотрудники частных и государственных компаний,
студенты и другие заинтересованные лица. Для
этого достаточно воспользоваться отрывным
купоном корпоративного календаря BBVB.
Биржей принимаются прогнозные значения
средневзвешенного биржевого курса USD/AZN по
итогам дневной торговой сессии в последний
рабочий день каждого месяца. При этом прогнозный
курс должен указываться с точностью до четырех
знаков после запятой, а купон с его значением
следует выслать на почтовый адрес «AZ 1110 улица
Ак. Гасана Алиева, 57» не позднее, чем за 5
рабочих дней до окончания текущего месяца.
|
16 yanvar
2009
/ 10:00
“Bank of Azerbaijan”-ın İH sədri Xəyal Şərifzadə: “Niyyətimiz çox iddialı görünsə də bizim üçün əlçatandır” |
 |
Azərbaycan bank sektorunun ən yaşlı və böyük
oyunçularından biri olan “Bank of Azerbaijan”
ASC-nin yeni təyin olunmuş İdarə Heyətinin sədri
Xəyal Şərifzadə ilə müsahibəmiz onun rəhbərlik
etdiyi bankda baş verəcək dəyişikliklər, böhran
və planları barədədir.
2008-ci il dünya tarixə ən böyük maliyyə
böhranlarından birinin başlanma ili kimi düşdü.
Azərbaycanda qlobal böhran əsasən maliyyə
sektoruna təsir etdi və bir çox bankların kredit
verilişini dayandırması ilə nəticələndi.
Azərbaycan bank sektorunun ən yaşlı və böyük
oyunçularından biri olan “Bank of Azerbaijan”
ASC-nin yeni təyin olunmuş İdarə Heyətinin sədri
Xəyal Şərifzadə ilə müsahibəmiz onun rəhbərlik
etdiyi bankda baş verəcək dəyişikliklər, böhran
və planları barədədir.
- Xəyal müəllim, Siz “Bank of Azerbaijan”-nın
İdarə Heyətinin yeni təyin olunmuş sədrisiniz.
Sizinlə bərabər, bankın bütün menecmenti
dəyişdirilib. Bu barədə qısa bir məlumat verə
bilərsinizmi?
- Həqiqətən də dekabrın əvvəllərində “Bank of
Azerbaijan”-ın səhmdarlarının qərarına əsasən
bankın yeni menecmenti təyin olundu. Bankın
səhmdarları yeni menecment olaraq bizim
qarşımızda kifayət qədər aydın və ambisiyalı
hədəflər qoyublar. Korporativ idarəetməyə keçid
istiqamətində köklü islahatların aparılması ilə
yanaşı, bankımızı Azərbaycan maliyyə bazarında
lider mövqelərə yüksəltməliyik.
Dünyadakı mövcud maliyyə sisteminin tənəzzülə
uğradığı, əksər bankların inkişaf əvəzinə
böhrandan yan keçmək və ya çıxmağı düşündüyü bir
dövrdə bizim daha da böyüyərək, ölkənin ən böyük
banklarından birinə çevrilmək niyyətimiz çox
iddialı görünsə də bizim üçün əlçatandır. Bu
işdə mənə bankın indiki kollektivi ilə yanaşı
sıralarımıza yeni qoşulmuş gənc ancaq eyni
zamanda bank sektorunda böyük təcrübəyə malik
peşəkarlar komandası kömək edəcək.
Bankın menecmentin dəyişilməsi qlobal maliyyə
böhranı ilə birbaşa bağlı olmasa da, böhranın
yaratdığı yeni imkanların düzgün
dəyərləndirilməsi və formalaşacaq yeni dünya
maliyyə sisteminə adaptasiyanın problemsiz
ötüşməsi bizim qarşımıza qoyulmuş tələblərdən
biridir.
- Sizin banka rəhbər təyin olunmağınızla “Bank
of Azerbaijan”-ın 15 yaşının tamam olması
üst-üstə düşdü. Bu 15 ili necə xarakterizə
edərdiniz?
- Bizim bank 15 il ərzində ölkəmizin iqtisadi
potensialının möhkəmlənməsində,
vətəndaşlarımızın maddi rifahının yüksəlməsi
istiqamətində çalışıb. Biz müştəri şəbəkəmizə
daha keyfiyyətli xidmət və daha çeşidli
məhsullar təqdim edəcəyik və qıza zaman
içərisində baş verəcək bütün yeniliklər barədə
ictimaiyyəti məlumatlandıracağıq.
Bu müddət ərzində bizim bank çoxlu sayda
beynəlxalq və ölkə daxili iqtisadi qurumların
üzvü olub. Eyni zamanda, bankın filiallarının
sayı 20-yə çatdırılıb və ölkədə ən geniş satış
şəbəkələrindən birinə çevrilib. Bank müasir
texnologiyalardan istifadə edib Mobil və
İnternet bankçılıq sahələrini inkişaf etdirib.
- Bankın yaxın gələcək üzrə yeni strategiyası
nədən ibarətdir?
- Əsas hədəf maliyyə böhranından minimum
təsirlənmək və əksinə yaranmış imkanlardan
maksimum yararlanmaq, bankımızı lider mövqelərə
çıxartmaqdır.
Son 3 ay ərzində bankın texniki-iqtisadi analizi
həyata keçirilərək yeni inkişaf planı
hazırlanmış və səhmdarlar tərəfindən qəbul
olunmuşdur. Bu inkişaf planına əsasən biz
korporativ idarəetməyə keçməli, müştərilərimizə
təqdim etdiyimiz xidmətlərin çeşidliliyini
artırmağı, müştərilərə xidmət səviyyəsini daha
da qaldırmağı, mövcud filiallarda işin
effektivliyini yüksəltməyi və yeni filiallar
açmağı düşünürük.
-2009-cu ildən hansısa yeni məhsul və ya xidmət
təklif etmək niyyətindəsinizmi?
- Əlbəttə, bu il biz bazarda baş verən vəziyyəti
nəzərə alaraq yeni məhsullar və yeni xidmətlər
təklif edəcəyik. Bunların arasında yeni əmanət
növləri və kredit növlərindən ibarət məhsul və
xidmətləri düşünürük. Onu da nəzərinizə
çatdırmaq istəyirəm ki, əvvəlki illərdən fərqli
olaraq biz mətbuatla münasibətlərimizi daha da
inkişaf etdirəcəyik və gələcəkdə bazara təqdim
olunacaq hər bir yeni məhsul barədə ətraflı
məlumat verəcəyik.
- Adətən hər hansı bir maliyyə təşkilatına yeni
menecment təyin olunduqda onlar rebrendinq edir,
loqo ve şüarı dəyişir. Sizdə belə bir planlar
varmı?
- Bizim bankın 15 il ərzində 3 dəfə adı dəyişib.
Mən bunu bir əsr ərzində 3 dəfə əlifbamızın
dəyişməsinə bənzədirəm. Adımız kimi tariximiz də
ölkəmizin tarixi ilə çox oxşardır.
Həqiqətən də son vaxtlar rebrendinq edən
şirkətlərin sayı artıb. Rebrendinq mövcud
brendin ideologiyasının dəyişilməsi zərurətindən
irəli gələn addımdır və brendin bütün tərkib
hissələrinin-ad və loqotipdən tutmuş şüara,
işçilərin geyiminə qədər hər şeyin yenilənməsini
nəzərdə tutur. Lakin hazırkı mərhələdə biz
brendimizin ideologiyasını dəyişmirik, yeni
inkişaf strategiyası ilə fəaliyyətimizi davam
etdiririk, qarşımıza qoyulan yeni hədəflərə
doğru addımlayırıq.
Ona görə, rebrendinq etməyi düşünmürük. Şüarımız
da dəyişməyəcək və “Biz Azərbaycan Bankı” olaraq
qalacaq.
- Maliyyə böhranı sizin banka necə təsir etdi?
Sizinlə partnyorluq edən “Qarant Sığorta”
şirkətinin rəhbərliyi deyir ki, böhran onlar
üçün yeni imkanlar yaratdı, yeni seqmentlərə
diqqət ayırmaq lazımdır. Bəs sizdə necədir?
- Fikrimcə, dünya maliyyə böhranı ölkəmizə bir o
qədər də təsir etməyib. Başqa ölkələrdən fərqli
olaraq bu böhranın banklarımıza “məhvedici”
təsiri hiss olunmur, heç bir bankımız
müflisləşməyib. Əksinə bu yaxınlarda Milli Bankı
İdarə Heyətinin qərarı ilə yeni banklara
lisenziyalar verilmişdir və beləliklə,
Azərbaycanda fəaliyyət göstərən kommersiya
banklarının sayı 46-ya çatmışdır.
Yola saldığımız 2008-ci ildə qlobal iqtisadi
böhranın dərinləşməsi şəraitində ölkə
iqtisadiyyatımızın dinamik inkişafı davam etmiş,
ikirəqəmli iqtisadi artım templəri qorunub
saxlanmışdır. Ölkənin xarici valyuta mövqeyi
daha da yaxşılaşmış və valyuta balansının
profisiti 15 milyard dollarına çatmışdır. Bizim
bankımız xarici risk amillərini qabaqlayıcı
rejimdə neytrallaşdırmaq üçün Milli Bankın
həyata keçirdiyi preventiv pul siyasəti
tədbirlərinin tərkib hissəsi olaraq dekabrın
1-dən etibarən uçot dərəcəsinin 10%-dən 8%-ə,
faiz dəhlizinin yuxarı həddinin isə 15%-dən
13%-ə endirilməsinə dair qərarını alqışlayır.
Düşünürəm ki, bu tədbirlər bank sistemində
yüksək likvidlik səviyyəsinin və aktivlərin
keyfiyyətinin qorunmasına və bu əsasda maliyyə
sabitliyinin daha da dərinləşməsinə şərait
yaradır. Bank sistemində likvidlik səviyyəsinin
məqbul həddə saxlanması bankların kredit
fəaliyyətinin davamlılığını təmin edir və
bununla qeyri-neft sektorunda iqtisadi artım
dinamikasının qorunmasında mühüm rol oynayır.
Lakin bununla yanaşı bu ilin birinci rübünə
təsadüf edəcək böhranın ən kritik dövrünün bizim
iqtisadiyyata da müəyyən neqativ təsirlərinə
hazır olmaq lazımdır. Bu yaxınlarda cənab
prezident İlham Əliyevin bildirdiyi kimi
“Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının
bir parçasıdır və xaricdə baş verən proseslər
istər-istəməz öz növbəsində Azərbaycana da təsir
edə bilər”.
Neftin bir barelinin qiymətinin 147,3 dollardan
40 dollara qədər düşməsi, dünyanın ən böyük
maliyyə institutlarının yaşadığı problemlər,
bizim əsas ticarət tərəfdaşlarımız olan Rusiya,
Türkiyə, Ukrayna, Amerika və Avropa ölkələrində
“tüğyan” edən böhranın müəyyən təsirlərini biz
də hiss edəcəyik. Bu ilin birinci yarısında
mənzillərin qiymətində müəyyən azalma müşahidə
oluna bilər. Rusiyada 2008-ci ilin dördüncü
rübündə mənzillərin dəyəri 40 %-dən artıq
azalmışdır. Bizdə bu qədər kritik dəyişikliyin
olacağını düşünmürəm. Ancaq mənzillərə olan
tələbatın azalması artıq hiss olunur və bu
tikinti sektoruna təsir edəcək. Tikinti
şirkətləri Azərbaycan banklarının əsas
debitorlarından biridir və onların götürdükləri
kreditləri qaytarmaqda çəkəcəkləri çətinliklər
banklara müəyyən qədər təsir edə bilər.
Lakin qürurverici faktdır ki, ölkə rəhbərliyinin
düzgün siyasəti nəticəsində böhran bizdən mümkün
olduğu qədər yan keçib. Yalnız rublun böhrana
qədər olan səviyyədə saxlanılması üçün Rusiya
hökuməti 160 milyard dollardan artıq vəsait
xərcləyib. Bizdə isə əksinə manatın məzənnəsinin
möhkəmlənməsi müşahidə olunur.
Yerli bankların bəziləri xaricdən aldıqları
“ucuz kredit xətlərindən” asılı olduqları üçün
onların xarici tərəfdaşlarının yaşadıqları
problemlər bu banklara da təsir edir. Lakin
Milli Bankın ehtiyacı olan banka kredit xətti
açması bu problemin dərinləşməsinin qarşısını
alır.
“Bank of Azerbaijan”-a gəldikdə isə bizim xarici
borclarımız olmadığı üçün beynəlxalq maliyyə
böhranının neqativ təsirlərini hiss etmirik.
Əksinə, qeyd etdiyiniz kimi, yaranmış yeni
imkanları dəyərləndirməyə, dünya maliyyə
sistemində formalaşan yeni qaydalara
uyğunlaşmağa çalışırıq.
Mən bu kimi böhranlara dünya iqtisadiyyatının
“özünü sağaltma əməliyyatı” kimi baxıram.
Böhranda ən güclülər sağ qalır, iqtisadi
baxımdan effektiv olmayan şirkətlər isə
“case-study” şəklində iqtisadiyyat fakültəsinin
tələbələrinə tədris olunur. Böhran həqiqətən
yeni imkanlar yaradır. 1970-ci illərdə Amerikada
baş verən böhrandan dərhal sonra FedEx,
Microsoft, Apple, Genetch, Oracle kimi şirkətlər
yarandı. Dünya biznesinin modeli dəyişdi.
Fırtınadan sonrakı intibah kimi biz indiki
böhrandan sonra dünya iqtisadiyyatında baş
verəcək dəyişiklikləri izləməliyik və gənc
ölkəmiz üçün yaranacaq bütün imkanlardan
maksimum yararlanmalıyıq.
- Krizis səbəbindən “Citibank” daxil olmaqla bir
çox banklar işçilərini ixtisar edirlər. Sizdə
ixtisarlar gözlənilmir ki?
- Qətiyyən xeyr! Biz heç kəsi ixtisar etməyi
düşünmürük, əksinə, işçilərimizin sayını
artırmağı planlaşdırırıq. Qeyd etdiyim kimi biz
həm vertikal həm də horizontal istiqamətdə
böyüməyi düşünürük və bunun üçün gənc, iddialı,
intellektli gənclərə ehtiyacımız var. Biz
əməkdaşlarımızın peşəkar inkişaf proqramı
üzərində çalışırıq və onlara sərmayə yatırmağı
düşünürük.
- Sizin fikrinizcə, böhran zamanı Azərbaycan
hökuməti yerli sahibkarlara köməklik məqsədi ilə
hansı islahatlar həyata keçirməlidir?
- Mənim fikrimcə, Milli Bank tərəfindən yerli
banklara kifayət qədər dəstək olunur. Lakin
yalnız banklara yox, eyni zamanda digər
sahələrdə bu kimi islahatların aparılmasını
zəruri sayıram. Misal üçün Rusiyadakı ipoteka
böhranı zamanı tikinti şirkətlərinə böyük təsir
olmasın deyə dövlət yarımçıq qalan mənzil
tikintisini maliyyələşdirmiş və həmin mənzilləri
sosial sahələrdə istifadə etməyi nəzərdə
tutmuşdur. İpoteka sahəsindəki durğunluğun
aradan qaldırılmasında İpoteka Fondundakı
fəaliyyətin gücləndirilməsi, mənzil alıcılarına
güzəştlərin verilməsi, misal üçün fərdi
müştərilər üçün ipoteka kredit faizləri gəlir
vergisindən azad edilməsi və sair bu kimi
islahatlar mənim fikrimcə yerli sahibkarlara
dəstək olacaq.
- Dünyanın ən nüfuzlu banklarından biri olan
“Societe Generale” 46 Azərbaycan bankı
içərisində məhz “Bank of Azerbaijan”-ın
səhmlərini almaq istədi. Siz isə bildiyimiz
qədər bu əməkdaşlıqdan imtina etdiniz. Səbəbi nə
idi?
- Biz həqiqətən Fransanın “Societe Generale”
bankı ilə “Bank of Azerbaijan”-nın nizamnamə
kapitalında iştirak payının alınmasına dair
apardığımız danışıqları dayandırdıq. Dünyanın ən
nüfuzlu banklarından biri olan “Societe
Generale” “Bank of Azerbaijan”-ın hazırkı
maliyyə göstəricilərinin qənaətbəxşliyini və
böyük inkişaf potensialını nəzərə alaraq bizim
bankda nəzarət səhm paketini almaq istəyib.
Biz isə Fransa bankını nizamnamə kapitalına
strateji investor qismində cəlb etmək
istəyirdik. Həmçinin qlobal maliyyə böhranının
bir çox beynəlxalq maliyyə institutlarına
neqativ təsirini nəzərə alan “Bank of
Azerbaijan”-ın hazırkı səhmdarları 15 illik
tarixə malik Azərbaycan bankının bu təsirlərdən
qurtarmaq və bankın ayrıca yenidənqurma və
inkişaf layihəsini başlamaq məqsədilə
danışıqları dayandırıb.
Buna baxmayaraq, hazırda bir sıra digər xarici
bank “Bank of Azerbaijan”ın nizamnamə
kapitalında iştiraka maraq göstərir. Lakin biz
gələn il ərzində ümumiyyətlə strateji investor
cəlb etmək niyyətində deyilik.
|
|
|
|
|
|
|