|
26 İyul 2010 /
14:45
«Bank of Azerbaijan» ASC Sumqayıt filialını 2010-cu ilin payız aylarında açmağı planlaşdırır |
|
«Bank of Azerbaijan» ASC Sumqayıt filialı 2010-cu ilin payız aylarından etibarən fəaliyyətə başlayacaq.
Yeni filialın fəaliyyətə başlaması üçün müvafiq lisenziyanın alınması ilə bağlı bu həftə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət olunacaq.
Xatırladaq ki, «Bank of Azerbaijan» ASC-yə lisenziya 1 dekabr 1993-cü il tarixində verilib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 159,984.11 mln. manat, kredit portfeli 128,935.00 mln. manat, depozit portfeli 68,109.06 mln. manat, məcmu kapitalı 17,868.33 mln. manat, nizamnamə kapitalı isə 15,500.00 manat təşkil edib. Hazırda, bankın respublika üzrə 26 bankomatı və 156 POS-terminalı fəaliyyət göstərir. |
|
21 İyul 2010 /
10:10
«Bank of Azerbaijan» Narmobile mobil telefon rabitəsinin abonentlərinin ödənişlərini öz filial şəbəkəsi vasitəsi ilə qəbul etməyə başlayıb |
|
Bank of Azerbaijan öz filialları vasitəsi ilə Narmobile mobil operatorunun abonentlərinə məxsus ödənişlərin qəbuluna başlayıb. Qeyd etmək istərdik ki, Bank of Azerbaijan filial şəbəkəsi vasitəsi ilə digər mobil rabitə ödənişləri(Azercell, Bakcell) üzrə keyfiyyətli xidmətlər göstərməkdədir və həmçinin əhalidən KÖMİS (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş Informasiya Sistemi) vasitəsilə kommunal xidmətlər üzrə ödənişləri də qəbul edir.
Bank of Azerbijan hal - hazırda Bakı şəhərində, Naxçıvan, Sabirabad, Balakən, Ucar və Zərdab şəhər və rayonlarında 14 filial və 25 bankomatdan ibarət xidmət şəbəkəsinə malikdir. Qeyd etmək istərdik ki, Bakı şəhərində əhaliyə 9 filial xidmət göstərməkdədir, bankın digər filialları isə yuxarıda göstərilən regionlarda yerləşməkdədir.
|
|
02 İyul 2010 /
10:10
«Bank of Azerbaijan» Bakı Dövlət Universitetin 2010-cu ilin ən yaxşı məzunlarına xüsusi hədiyyələr təqdim etdi |
|
İyunun 29-da Bakı Dövlət Universitetində “Bank of Azerbaijan” dəstəyi ilə “Məzun Günü” keçirilib. Tədbiri universitetin əsas binasının qarşısında rektor akademik Abel Məhərrəmov açıb. Rektor məzun adını qazanmış bütün tələbələri təbrik edib və universitetin 16 fakültəsinin ən uğurlü 35 tələbəsinə diplom, və həmcinin Bank of Azerbaijan tərəfindən hazırlanmış xüsusi hədiyyələri təqdim edib.
Tədbirdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxış edərək məzunlara uğurlar arzulayıb, gələcək işlərində müvəffəqiyyətlər diləyib. BDU tələbələrinin aparıcısı olduğu tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin məzunu Lamiyə Hüseynova bütün tələbələr adından universitet andını oxuyub. Qeyd etmək istəyidik ki, həmin tədbir Bank of Azerbaijan Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində həyata keçirilmışdir. |
|
19 May 2010 /
10:30
Bank of Azerbaijan Bankomat şəbəkəsini genişləndirir |
|
«Bank of Azerbaijan» müştərilərinin rahatlığı üçün Bakıda 3 yeni bankomat quraşdırmışdır. Bakı şəhərinin mərkəzində müştərilərin istifadəsinə verilən bankomatlar bu ünvanlarda yerləşir:
1. Nəsimi rayonu, Azadlıq prospekti 125 (Nəsibbəy Yusifbəyli küçəsi ilə kəsişməsində)
2. Nərimanov rayonu, Xoyski küç. 2a (“Gənclik” metro stansiyasının yaxınlığında)
3. Nəsimi Rayoni, Rəşid Behbudov prospekti ilə Fizuli küçəsində yerləşən yeraltı keçiddə.
Artıq müştərilər beynəlxalq ödəmə kart sistemi vasitəsilə 24 saat ərzində bankomatın xidmətlərindən yararlana bilər.
Hazırda «Bank of Azerbaijan»-ın bankomat şəbəkəsinin sayı 25-dir və bunlardan 13-ü Bakı şəhərində, dıgərləri isə regionlarındadır. «Bank of Azerbaijan»-ın bankomatlarının ünvanları barədə məlumatları bu internet səhifəsi vasitəsilə əldə etmək olar:
http://bank.az/boa_az_bank_haqqinda_bankomatlar.htm
.Qeyd edək ki, Bank of Azerbaijan bankomatlar şəbəkəsinin optimallaşdırılmasına dair siyasətini davam etdirir və ilin sonunadək Bakı və regionlarda yeni bankomatlar quraşdırmaq niyyətindədir.
|
|
|
|