|
30 Mart 2010 /
10:30
Bank of Azerbaijan-ın
yeni iri filialı açıldı |
|
«Bank of Azerbaijan»
filiallarının optimallaşdırılmasına dair
siyasətini davam etdirir. Bunun bariz nümunəsi
“Novruz” bayramından sonra ilk iş günləri Bankın
“Gənclik” metro stansiyası yaxınlığındakı Xoyski
küç. 2a ünvanında yerləşən yeni böyük filialının
açılışı olmasıdır. Filialın sahəsi 340 m2 təşkil
edir və eyni zamanda 10 müştəriyə xidmət
göstərilməsi nəzərdə tutulub. Qeyd etmək
lazımdır ki, filialın açılışı bankın 2009-cu
ilin əvvəlindən başladığı filiallar şəbəkəsinin
optimallaşdırılması siyasətinin davamıdır. Bu
proses artıq mövcüd olan filialların
iriləşdirilməsini və Bakı şəhərində və
regionlarda yeni filialların açılmasını nəzərdə
tutur. Xatırlatmaq istəyərdik ki, 2009 – cı ilin
sonunda «Bank of Azerbaijan»-ın “Elmlər
Akademiyası” metro stansiyasının yaxınlığında
böyük filialı açılmışdır. «Bank of Azerbaijan»-ın
nizamnamə kapitalının həcmi 15 milyon manat,
bank aktivlərinin ümumi həcmi isə 144 milyon
manatdan çox təşkil edir. Bank daima öz
müştərilərini unikal məhsulları ilə sevindirir,
ölkənin biznes-qurumlarına və fərdi şəxslərə
dəstək verir. |
18
Yanvar 2010 /
15:16
«Bank of Azerbaijan»-ın ən iri filialının açılışı baş tutdu |
|
18 yanvar, 2009, Bakı: «Bank of Azerbaijan» filiallarının iriləşdirilməsinə dair siyasətini davam etdirir. Bunun bariz nümunəsi bu gün Bankın “Elmlər Akademiyası” metro stansiyası yaxınlığındakı Landau küç. 6 ünvanında yerləşən filialının açılışı oldu.
Qeyd etmək lazımdır ki, bu filial «Bank of Azerbaijan»-ın filialları arasında ən irisidir. Filialın sahəsi 560 m2 təşkil edir və eyni zamanda 10 müştəriyə xidmət göstərmək üçün nəzərdə tutulub.
Filialın açılış mərasimində «Bank of Azerbaijan»-ın İdarə Heyətinin Sədri Xəyal Şərif-zadə iştirak edərək vurğuladı ki, bu cür iri filialın açılışı, «Bank of Azerbaijan»-ın 2009-cu ilin əvvəlindən sürdüyü filiallar şəbəkəsinin optimallaşdırılması siyasətinin davamıdır.
«2009-cu ilin əvvəlindən başlayaraq, biz filiallar şəbəkəsinin optimallaşdırılması prosesinə başlanğıc vermişik. Bu proses artıq mövcüd olan filialların iriləşdirilməsini və Bakı şəhərində və regionlarda yeni filialların açılmasını nəzərdə tutur. Bankın bu yeni filialı 4 filialın birləşməsi nəticəsində yaranıb. Biz əminik ki, Bankımız müştərilərinə ən yaxşı, yəni daha böyük, rahat və komfortlu filiallarda xidmət göstərməlidir», - deyə Xəyal Şərif-zadə öz çıxışında qeyd etdi.
«Bank of Azerbaijan»-ın İdarə Heyətinin Sədrinin sözlərinə əsasən, yeni filialda 30 qədər işçi çalışacaq. Filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunacaq. Belə ki, filialda elektron növbə sistemi tətbiq olunacaq. Bununla yanaşı, filialda müştərilərə VİP xidmət və bütün növ bank xidmətləri göstəriləcək. VİP müştərilərə filialda şəxsi menecer xidmət göstərəcək. Bundan əlavə, VİP müştərilər prioritet qaydada depozit seyflərindən yararlanmaq imkanına malik olacaqlar.
Yeni filial müştərilər üçün olduqca rahat yerdə yerləşir və müasir parkinqlə təmin olunub. Ümumiyyətlə, əhalinin rahatlığı naminə çalışan «Bank of Azerbaijan», gələcəkdə də metro stansiyaları yaxınlığında və əhalinin sıx yerləşdiyi yerlərdə öz iri filiallarının açılışını davam edəcək. Ən yaxın günlərdə Bank “Gənclik” metro stansiyası yaxınlığında yerləşən növbəti iri filialının açılışını planlaşdırır.
Xatırladaq ki, «Bank of Azerbaijan»-ın nizamnamə kapitalının həcmi 15 milyon manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan çox təşkil edir. Bank daima öz müştərilərini unikal məhsulları ilə sevindirir, ölkənin biznes-qurumlarına və fərdi şəxslərə dəstək verir. |
|
15
Yanvar 2010 /
09:45
«Bank of Azerbaijan»-ın maliyyə dəstəyi ilə Azərbaycanlı qadın yazıçıların daha 2 kitabının təqdimatı baş tutdu |
|
M.F.Axundov adına Milli Kitabxanada «Bank of Azerbaijan»-ın maliyyə dəstəyi ilə nəşr olunmuş növbəti kitabların təqdimat mərasimi baş tutdu.
Yazıçılar Günel Anarqızının və Afaq Məsudun kitablarının təqdimatı keçirilmişdir. Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılan bu təqdimat «Bank of Azerbaijan», «525-ci» qəzet və Azərbaycan Yazıçılar İttifaqının «Ədəbiyyata olan sevgini dəstəkləyirik» adlı birgə layihəsinin davamıdır.
Təqdimat mərasimində «Bank of Azerbaijan»-ın idarə heyətinin sədri Xəyal Şərif-zadə, Yazıçılar Birliyinin katibi və «525-ci» qəzetin baş redaktoru Rəşad Məcid, yazıçılar Günel Anarqızı və Afaq Məsud, millət vəkili Aqil Abbas və ölkənin digər görkəmli ictimai xadimləri iştirak etdilər.
Çıxış edənlər reallaşdırılan layihənin mahiyyətini və onun ictimayyət üçün faydasını xüsusi vurğuladılar.
«Bank of Azerbaijan»-ın idarə heyətinin sədri öz çıxışında ölkənin bütün biznes-qurumlarını sosial əhəmiyyətli layihələri dəstəkləməyə çağırdı.
«Diqqəti yalnız kommersiya xarakterli layihələrə yönəltmək düzgün deyil. Sosial layihələrə dəstəyin göstərilməsi öz imici və nüfuzu haqda fikirləşən hər bir şirkətin borcudur. «Bank of Azerbaijan» sosial yönlü bank olduğu üçün hər zaman analoji layihələri dəstəkləyəcək», - deyə X.Şərif-zadə qeyd etdi.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz çıxışında «Bank of Azerbaijan»-a öz minnətdarlığını və gələcəkdə birgə əməkdaşlıq edəcəyinə ümid bəslədiyini birdirdi.
«Bank of Azerbaijan»-ın kommunikasiya şöbəsinin rəhbəri Rüfət Abbasov qeyd etdi ki, bank bundan sonra da “Ədəbiyyata Sevginizi Dəstəkləyirik” layihəsini davam edəcək. Bununla yanaşı, R.Abbasov vurğuladı ki, «Bank of Azerbaijan» bu il Korporativ Sosial Məsuliyyət çərçivəsində kifayyət qədər iri və ambisiyalı layihələri reallaşdırmaq niyyətindədir.
Təqdimat mərasimində həmçinin millət vəkili Aqil Abbas çıxış edərək “Ədəbiyyata Sevginizi Dəstəkləyirik” kampaniyasının Azərbaycan ictimayyəti üçün çox vacib olduğunu qeyd etdi.
«Layihənin gənc istedadlara istiqamətlənməsi çox önəmlidir. «Bank of Azerbaijan», “525-ci qəzet” və Azərbaycan Yazıçılar Birliyi cəmiyyətdə ədəbiyyata marağın artması naminə çalışırlar. Və bu qiymətsizdir», - deyə, Aqil Abbas vurğuladı.
Sonra isə, söz Günel Anarqızı və Afaq Məsuda verilmişdir ki, onlar da kitabın nəşr olunması ilə əlaqədar olaraq təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər. «Biznes-qurumların ədəbiyyata qayğısı və marağı bizi daha keyfiyyətli yaradıcılığa sövq edir. Əməyimizin qiymətləndirilməsini və ona lazımi diqqətin verilməsini dərk etmək çox xoşdur», - deyə, xanım yazıçılar bildirdilər.
Xatırladaq ki, “Ədəbiyyata Sevginizi Dəstəkləyirik” layihəsinin əsas məqsədi – Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsidir. Dərc olunmuş kitablar ölkə kitabxanalarına, «Bank of Azerbaijan»-ın VIP müştərilərinə və «525-ci» qəzetin abunəçilərinə pulsuz paylanılır. Seriyanın redaktoru Səlim Babullaoğludur. Hal-hazırda “Ədəbiyyata Sevginizi Dəstəkləyirik” layihəsi çərçivəsində Nürəngiz Günün, Afaq Məsudun və Günel Anarqızının əsərləri artıq nəşr olunub. Yaxın gələcəkdə gənc Azərbaycan xanım yazıçılarının daha bir neçə əsəri nəşr olunacaq.
|
|
09 Dekabr 2009 /
15:20
«Bank of Azerbaijan-ın dəstəyi ilə nəşr olunmuş kitabların təqdimat mərasimi baş tutdu» |
|
Azərbaycan Yazıçılar Birliyində iki kitabın - şairə Nurəngiz Günün və Azərbaycan qadın yazıçılarının seçilmiş əsərlər toplusunun təqdimat mərasimi baş tutdu.
Kitablar, «Bank of Azerbaijan», Azərbaycan Yazıçılar Birliyi və «525-ci» qəzet tərəfindən reallaşan «Ədəbiyyata Sevginizi Dəstəkləyirik» adlı yeni layihəsi çərçivəsində nəşr olunublar.
Təqdimat mərasimində Azərbaycanın görkəmli ictimai xadimləri iştirak etdilər. Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-çi» qəzetin baş redaktoru Rəşad Məcid öz çıxışında bu tədbirin mahiyyətini xüsusilə vurğuladı.
«Bu günkü mərasim Azərbaycan ictimayyəti üçün xüsusi önəm daşıyır. Bu təqdimat ictimayyətdə ədəbiyyata olan sevginin oyanmasını göstərir. Kitabların nəşri ilə əlaqədar olan bütün xərcləri öz üzərinə götürmüş «Bank of Azerbaijan»-ın da bu layihənin gercəklənməsində böyük rolu oldu. İnanmaq istərdim ki, digər biznes-qurumlar da, «Bank of Azerbaijan»-dan nümunə götürərək, müxtəlif ədəbiyyat layihələrində iştirak edəcəklər », - deyə R.Məcid bildirdi.
«Bank of Azerbaijan»-ın Kommunikasiyalar Şöbəsinin rəhbəri Rüfət Abbasov öz növbəsində qeyd etdi ki, Bank bu lahiyədə iştirakı ilə fəxr edir.
«Lakin biz əldə olunan nailiyyətlərlə kifayyətlənmək niyyətində deyilik. Bu layihə, «Bank of Azerbaijan»-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılmışdır. «Bank of Azerbaijan»-ın əsas məqsədi – cəmiyyətimizə xidmət etməkdir. KSM üzrə ümumi strategiyamız «Cəmiyyətə Sevginizi Dəstəkləyirik» şüarı altında həyata keçirilir. Bu şüar hər bir layihəmizdə öz əksini tapacaq», - deyə çıxışının sonunda Rüfət Abbasov vurğuladı.
Şeirlər toplusunun təqdimatı keçirilmiş məşhur Azərbaycan şairəsi Nurəngiz Gün Azərbaycan Yazıçılar Birliyinə, «525-ci» qəzetə və «Bank of Azerbaijan»-a öz dərin minnətdarlığını bildirdi.: «Tamamilə yad insanlara kömək etdiyinizi dərk etmək xoşdur. «Ədəbiyyata Sevginizi Dəstəkləyirik» layihəsi ən xoş sözlərə layiqdir. Ümid edirəm ki, «Bank of Azerbaijan» daima bizim etibarlı dostumuz və yardımçımız olacaq», - deyə N.Gün qeyd etdi.
Xatırladaq ki, «Ədəbiyyata Sevginizi Dəstəkləyirik» layihəsi Azərbaycan ədəbiyyatının inkişafı və cavan istedadların dəstəklənməsi məqsədini daşıyır. Kitablar ölkənin kitabxanalarına, «Bank of Azerbaijan»-ın VIP müştərilərinə və «525-ci» qəzetin abunəçilərinə pulsuz paylanacaq. Seriyanın redaktoru Səlim Babullaoğludur. Yaxın zamanlarda layihə çərçivəsində Afaq Məsud, Günel Anarqızı və Aysel Əlizadənin əsərləri dərc olunacaq.
|
|
02 Dekabr 2009 /
10:20
«Bank of Azerbaijan» - «Ədəbiyyata sevginizi dəstəkləyirik» |
|
«Bank of Azerbaijan» Azərbaycan Yazıçılar İttifaqı və «525-ci» qəzet ilə birgə «Ədəbiyyata sevginizi dəstəkləyirik» adlı yeni layihəyə start verir.
Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılan bu layihə müddətində «Bank of Azerbaijan»-ın maliyyə dəstəyi ilə cavan yazıçıların əsərləri dərc olunacaq.
Layihənin əsas məqsədi Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsi və cavan istedadların dəstəklənməsidir. Dərc olunmuş kitablar ölkə kitabxanalarına, «Bank of Azerbaijan»-ın VİP müştərilərinə və «525-ci» qəzetin abunəçilərinə pulsuz çatdırılacaq. Beləliklə, unikal əsərlər geniş auditoriya üçün əlçatan olacaq.
«Bank Korporativ Sosial Məsulliyyətə xüsusi diqqət yetirir. Mədəniyyətlə əlaqədar olan layihələr KSM-də mühüm rol oynayır. Mədəniyyətin müxtəlif sahələrinin dəstəklənməsi «Bank of Azerbaijan»-ın yaxşı ənənəsinə çevrilir. Biz əminik ki, hər bir vətəndaş Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini verməlidir», - deyə Bankın İdarə Heyətinin Sədri Xəyal Şərif-zadə bildirdi.
«Bank of Azerbaijan»-ın bu layihədə iştirakını Azərbaycan Yazıçılar İttifaqının katibi, «525-ci» qəzetin baş redaktoru Rəşad Məcid yüksək qiymətləndirdi.
«Ədəbiyyatı, yazışıları dəstəkləyən hər bir biznes-qurum dərin hörmətə layiqdir. Bu layihə, mənəvi dəyərlərin saxlanılmasına və ölkəmizin gələcək nəsillərinə dəstək göstərilməsinə öz töhfəsini verəcək. İnanmaq istəyirəm ki, gələcəkdə ədəbiyyatı dəstəkləyən biznes-qurumların sayı getdikcə artacaq», - deyə, Rəşad Məcid qeyd etdi.
Xatırladaq ki, Bank, müxtəlif mədəniyyət tədbirlərinin dəstəklənməsi çərçivəsində artıq bir sıra aksiyaları reallaşdırıb. Cari ilin sentyabr ayında «Bank of Azerbaijan» Azərbaycan ictimaiyyətinin böyük marağına səbəb olan «Şərq-Qərb» kinofestivalının rəsmi sponsoru qismində çıxış etmişdir. «Şərq-Qərb» festivalının təşkilatçılığı çərçivəsində Bank «Mədəniyyətə olan sevgini dəstəkləyirik» şüarı altında geniş miqyaslı kampaniya keçirib.
Yaxın gələcəkdə «Bank of Azerbaijan» həmçinin «Təbiətə sevginizi dəstəkləyirik», «Uşaqlara sevginizi dəstəkləyirik», «Şəhərə sevginizi dəstəkləyirik» və s. şüarları altında bir sıra maraqlı Sosial layihələrin reallaşdırılmasını planlaşdırır.
|
20 Noyabr 2009 /
11:00
Bank of Azerbaijan Nizamnamə kapitalını 25 milyon manata qədər artırmaq niyyətindədir |
|
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank of Azerbaijan"-ın ümumi nominal qiyməti 10 milyon manat təşkil edən adi adlı sənədsiz səhmlərinin emissiyası prospekti qeydə alınıb. Yeni emissiya zamanı bazara nominal qiyməti 20 manat təşkil edən cəmi 500 min səhm buraxılacaq. Beləliklə, səhmlərin elan olunan miqdarının yerləşməsindən sonra "Bank of Azerbaijan"-ın nizamnamə kapitalı 25 milyon manata çatacaq.
Yerləşdirilmə 2009-cu ilin dekabr ayından 2010-cu ilin dekabr ayınadək Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Səhmləri əldə etmək arzusunda olan şəxslər broker lisenziyasına malik olan və “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər. "Bank of Azerbaijan"-ın adi adlı sənədsiz səhmlərinin emissiyası prospekti Bakı Fond Birjasının saytında “Emitentlər” bölməsində yerləşdirilib.
”Bizim əsas məqsədlərimizdən biri 2010-cu ilin sonunadək ölkənin aparıcı on bankı sırasına daxil olmaqdır, və nizamnamə kapitalının planlaşdırılmış artırılması bu məqsədə nail olmaq üçün vacib bir addımdır”, - deyə "Bank of Azerbaijan"-ın İdarə Heyətinin Sədri Xəyal Şərifzadə bildirib.
Qeyd edək ki, hal-hazırda "Bank of Azerbaijan" əhaliyə geniş spektrdə xidmətlər göstərir. 2009-cu ilin ilk 9 ayının nəticələrinə görə Bank yüksək nailiyyətlər əldə edib. Belə ki, Bank aktivlərinin ümumi həcmi 32,89% artaraq, 144 530 630 manat təşkil edib, kredit portfeli - 24,71%, depozit portfeli isə 41,72% artıb.
|
05 Noyabr 2009 /
14:40
«Bank of Azerbaijan» «Azercell» abonentləri olan «BizKlub»-un üzvləri üçün inanılmaz imtiyazlar verir |
|
Daima öz müştərilərinin imkanlarının genişləndirilməsi haqda düşünən «Bank of Azerbaijan», «BizKlub»-a üzv oldu. Bundan sonra «BizKlub»-un üzvləri olan «Azercell» abonentlərinə müxtəlif güzəştlərdən yararlanmaq imkanı veriləcək.
Beləliklə, «Bank of Azerbaijan»-da hesab açan «BizKlub»-un hər bir üzvünə aşağıdakı imtiyazlar verilir:
üçüncü şəxsin adına bank əmanətini rəsmiləşdirmək;
ona rahat olan sxemlə əmanətdən faizlər əldə etmək;
hesaba toxunmadan pullardan istifadə etmək.
Bundan başqa, «BizKlub»-un hər bir üzvünə hədiyyə olaraq «Bank of Azerbaijan»-ın plastik kartı təqdim olunacaq. Bu kart onun qarşısında aşağıda qeyd olunan geniş imkanlar açacaq:
«MobilBank» xidmətinə pulsuz qoşulma;
mobil telefon vasitəsilə kommunal xidmətlərin komissiyon haqqı olmadan ödənməsi;
plastik kartdakı qalıq pula və pul dövriyyəsinə real rejimdə müşahidə edilməsi.
«BizKlub»-un üzvləri kreditləşmə xidmətlərindən daha sərfəli şərtlərlə yararlana bilərlər:
xüsusi analiz nəticəsində alınmış məbləğdən 10% daha çox kreditin verilməsi;
kreditə 0,5-dən 2%-dək güzəşt.
Xatırladaq, ki «BizKlub» - «Azercell»-in fakturalı xətt abonentləri və korporativ abonentləri üçün nəzərdə tutulmuş sərfəli danışıq, müxtəlif güzəşt və endirimlər klubudur.
«Bank of Azerbaijan»-ın «BizKlub»-a qəbul olunması nəticəsində əmanətçilər üçün çoxsaylı yeni imkanlar açılır. Bank bundan sonra da öz müştəriləri ilə tərəfdaşlı və etibarlı münasibətlərin qurulması istiqamətində uğurlu siyasət aparacaq.
Qeyd edək ki, «Bank of Azerbaijan»-ın nizamnamə kapitalının həcmi 15 000 000 manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan çox təşkil edir.
|
28 oktyabr 2009 /
09:40
“Bank of Azerbaijan"-a qoyulan əmanətlərin sayı artıb |
|
Cari ilin 9 ayı ərzində «Bank of Azerbaijan» Azərbaycanın maliyyə bazarında öz vəziyyətini bir qədər də möhkəmləndirib. «Bank of Azerbaijan» yüksək maliyyə nəticələri əldə etməklə, öz müvəffəqiyyətli fəaliyyətinin gələcəkdə də davam etdirilməsi üçün geniş perspektivlərin açılmasına nail olub.
Cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən Bank aktivlərinin ümumi həcmi 32,89% artaraq, 144 530 630 manat təşkil edir. Bu ilin əvvəlində həmin göstərici 108 755 750 manat təşkil edirdi.
«Bank of Azerbaijan»-nın nizamnamə kapitalı 15 000 000 manatadək artıb, bu isə ilin əvvəlinə nisbətən 2,49 % daha yüksəkdir. «Bank of Azerbaijan»-nın dinmaik inkişafı və etibarlılığı maliyyə hesabatın digər göstəriciləri ilə də təsdiq olunur.
Məlum olduğu kimi, «Bank of Azerbaijan» uzunmüddətli əməkdaşlıq məqsədilə etibarlı müştərilərin cəlb olunmasına istiqamətlənmiş kredit siyasətini reallaşdırır. Bankın kredit portfeli 2009-cu ildə 24,71 % artıb. Cari ilin 9 ayı ərzində cəmi 113 331 550 manat həcmində kreditlər verilib. Bu ilin yanvar ayının 1-nə olan məlumatlara əsasən həmin göstərici 90 873 830 manat təşkil edirdi.
2009-cu ilin 9 ayı ərzində Bankın depozit portfeli 41,72% artıb. Belə ki, 1 yanvar 2009-cu il tarixinə olan məlumatlara əsasən onun həcmi 42 489 830 manat təşkil edirdisə, cari ilin 1 oktyabr tarixinə olan məlumatlara əsasən depozit portfeli artıq 60 218 560 manat təşkil edir.
«Bank of Azerbaijan» öz fəaliyyətində müştərilərlə aparılan işə xüsusi yer ayırır. Müştərilərə keyfiyyətli xidmətin göstərilməsi, onların problemlərinə diqqətlə yanaşma sayəsində fiziki şəxslər tərəfindən qoyulan müddətli əmanətlərin sayı 67,07 % artıb. 1 oktyabr 2009-cu il tarixinə müddətli əmanətlərin həcmi 50 402 610 manat təşkil edir, həmin ilin yanvar ayında isə bu göstərici 30 168 190 manat təşkil edirdi.
Qeyd edək ki, «Bank of Azerbaijan» daima öz müştərilərini unikal məhsullarla sevindirir, ölkənin biznes-strukturlarına və fərdi şəxslərə böyük dəstək verir. Bu gün «Bank of Azerbaijan» ipoteka kreditini vermək hüququna malik 18 yerli banklar sırasına daxildir.
|
|
07 oktyabr 2009 /
11:10
“Bank of Azerbaijan” tenderlər üzrə sənədlərin qəbul vaxtını uzadıldı |
Özünü maddi-texniki
bazasının təkmilləşdirilməsi məqsədilə Bank of
Azerbaijan aşağıdakı istiqamətlər üzrə
tenderlərin keçirilməsini elan edir:
| Mebel təminatı |
| Yanğından mühafizə siqnalizasiyası |
|
Videoizləmə sistemi |
|
Keçid-buraxılış sistemi |
|
Elektron növbə sistemi |
|
VRV çox zonal kondisionerlər sistemi |
|
Modul seyflər |
|
Şəbəkədaxili sistem |
|
Lift təminatı |
Tenderlərdə iştirak üçün müraciətlərin qəbul müddəti 2009-cu il 16 oktyabra qədər uzadılıb. Tenderlərdə iştirak müraciətləri müraciət edən şirkət və namizəd şirkətin təkflif etdiyi həll variantları barədə ümumi məlumatı əks etdirməlidir. Namizədin dərəcəli seçimi uğurla keçdiyi təqdirdə, tender komissiyası bu haqda ona məlumat verəcək və tender sənədlərin alınması məqsədilə həmin namizədin nümayəndəsini dəvət edəcəkdir. Dərəcəli seçimi keçməmiş namizədlərə yazılı bildiriş göndəriləcəkdir. Tenderdə iştirak etmək istəyənlər bu email ünvanı vasiətəsilə əlaqə yarada bilərlər:
tender@bank.az |
26 sentyabr 2009 /
11:30
Bank of Azerbaijan Filial şəbəkəsini optimallaşdırır |
|
Ölkənin maliyə sektorunun liderlərindən biri olan «Bank of Azerbaijan» əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hal-hazırda filiallar şəbəkəsinin optimallaşdırılması istiqamətində fəal iş aparır.
«Fillialar şəbəkəmizin optimallaşdırılması «Bank of Azerbaijan»-nın ölkə üzrə filliallarının birləşdirilərək böyüdülməsini nəzərdə tutur. Artıq cari ilin noyabr-dekabr aylarında Bankın bir neçə kiçik filialının birləşməsi nəticəsində yaranmış 2 iri filial istifadəyə veriləcək», - deyə, «Bank of Azerbaijan»-nın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.
Bu filiallar Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının ərazisində açılacaq.
Nərimanov rayonundakı filial «Gənclik» metro stansiyası yaxınlığında, Yasamal rayonunda yerləşən filial isə «Elmlər Akademiyası» metro stansiyası, H.Cavid parkı yaxınlığında yerləşəcək.
«Bank of Azerbaijan» yeni filialların yerləşməsinə diqqətlə yanaşır. İri filiallar əhalinin rahatlığı naminə daha canlı yerlərdə, metro stansiyaları yaxınlığında açılacaq. Hər bir filial avtomobillər üçün nəzərdə tutulmuş müasir parklanma ilə təchiz olunacaq. Həmçinin «Qara Qarayev», «Neftçilər» metro stansiyaları və mikrorayonlarda da filialların açılışı planlaşdırılır. Bu günlərdə Bank Bakı Avtovağzal kompleksinin Ticarət mərkəzində öz yeni filialını açıb.
«Bank of Azerbaijan»-nın filiallarının sayı nəinki saxlanılacaq, hətta Bakı və Azərbaycanın regionları üzrə yeni filialların açılışı sayəsində artacaq.
«Əhaliyə daha da yaxın olmaq məqsədilə «Bank of Azerbaijan» 2010-2011-ci illərdə Azərbaycanın regionlarında yeni filialların açılışını planlaşdırır. Filiallar Sumqayıt, Quba, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərində açılacaq. Digər sözlə, «Bank of Azerbaijan», regionların ölkə həyatında daşıdığı mahiyyəti dərk edərək, bu istiqamətdə filiallar şəbəkəsini genişləndirmək və bununla da öz adına sadiq qalmaq niyyətindədir. Sabirabadda, Naxçıvanda, Balakəndə, Zərdabda və Ucarda Bankın filialları artıq mövcuddur», - deyə, Bankın İdarə Heyətinin sədri qeyd etdi.
Bundan başqa, «Bank of Azerbaijan»-nın rəhbərliyi Bakının müxtəlif nöqtələrində yerləşən valyuta mübadiləsi məntəqələrinin sayının azaldılması haqqda qərar qəbul edib. Bu, ilk öncə onların optimallaşdırılması məqsədini daşıyır. Filiallar nəzdində fəaliyyət göstərən mübadilə məntəqələri adi rejimdə işləyəcək.
Filiallar şəbəkəsinin optimallaşdırılması, təqdim olunan xidmətlərin çeşidi və məhsul xəttinin genişləndirilməsinə dair «Bank of Azerbaijan»-nın planları bunula məhdudlaşmır. «Bank of Azerbaijan»
ölkənin biznes qurumlarına və fərdi şəxslərə böyük dəstək olaraq, vətəndaşları öz məhsulları ilə sevindirməkdə davam edəcək.
Xatırladaq ki, «Bank of Azerbaijan»-nın nizamnamə kapitalı 15 milyon manat təşkil edir, bank aktivlərinin ümumi həcmi isə 127 milyon manatdan çoxdur. Bu gün «Bank of Azerbaijan» ipoteka kreditini vermək hüququna malik olan 18 yerli banklar sırasına daxildir.
|
|
17 İyul 2009 /
12:15
Bank of Azerbaijan-da
ISO standartları üzrə
seminar keçirildi |
|
Cümə günü Bank of Azerbaijan-nın baş ofisində
Quality Veritas Inc. konsaltinq şirkətinin
rəhbəri Boris Şetinskiy tərəfindən seminar
keçirildi. Seminarda bank nümayəndələri,
həmçinin Qarant sığorta şirkətinin əməkdaşları
iştirak etdilər. ISO standarlarına həsr edilmiş
seminar, iştirakçıların söylədiyinə görə, çox
maraqlı idi və mehriban mühitdə keçdi.
Seminardan sonra bütün iştirakçılara
sertifikatlar təqdim edildi.
|
|
03 İyul 2009 /
10:15
Bank of
Azerbaijan:İpoteka bərpa
olunduqdan sonra ilk
ipoteka krediti verilib |
 |
İpoteka kreditləşməsi proqramı bərpa
olunduqdan sonra Bank of Azerbaijan bu həftə
ərzində ilk ipoteka kreditini verib. İpoteka
kreditləşməsi proqramı üzrə bankın ilk borc
alanı 33 yaşlı Malik Nəsirov oldu. Kreditin
məbləği 46 410 manat, müddəti isə 25 il təşkil
edir. Malik Nəsirov tərəfindən əldə olunmuş iki
otaqlı mənzil ikincili mənzil bazarına aiddir.
Malik Nəsirov banka iyun ayının ortalarında
müraciət etmişdir, və sənədlərin araşdırılmasına
1 ay ayrıldığına baxmayaraq, əməkdaşların
operativ fəaliyyəti sayəsində, o, artıq iki
həftədən sonra Bank of Azerbaijan-ın ilk ipoteka
kreditinin sahibi oldu. Bank of Azerbaijan
gələcəkdə də hər bir müştəriyə diqqətlə
yanaşaraq və ipoteka kreditləşməsinin bərpa
olunması ideyasını bütövlüklə dəstəkləyərək,
ipoteka kreditlərini fəal surətdə vermək
niyyətindədir. Onu da qeyd etmək istərdik ki,
İpoteka Fondunun şərtlərinə uyğun olaraq Bank of
Azerbaijan həmçinin güzəştli ipoteka kreditləri
də verir. Hal-hazırda Bank of Azerbaijan ipoteka
kreditini vermək hüququna malik 18 yerli banklar
sırasına daxildir.
|
29 İyun 2009 /
15:56
Bank of Azerbaijan və
Qarant Sığorta-nın
sayəsində dünyanın ən
peşəkar satıcısı
Azərbaycan tələbələri
üçün məruzə oxudu
|
 |
Avropada satış treninqləri üzrə 1№-li
mütəxəssis və “Dünyanın ən yaxşı satıcısı”
beynəlxalq tituluna sahib olan Maykl Benq Bakıya
gəlib. Bank of Azerbaijan və Qarant Sığorta-nın
dəvəti ilə Azərbaycana gələn dünya səviyyəli
peşəkar iyunun 25-də Azərbaycan Dövlət
İqtisadiyyat Universitetində “İrəli” gənclər
birliyinin 200-dək üzvü üçün «Dünya böhranı
şəraitində biznesi necə inkişaf etdirmək» və «Açıq
Çıxışların Ustalığı» mövzularında seminarlar
keçirdi. Bank of Azerbaijan və Qarant Sığorta
qeyd etdiyi kimi, bu tədbir Azərbaycan
gənclərinin intelektual inkişafına və öz
potensialının kəşf edilməsinə dəstək siyasəti
çərçivəsində keçirilən növbəti layihədən biri
idi. Bu yaxınlarda şirkətlər bu istiqamətdə daha
bir neçə böyük layihəyə imza ataçaqlar. Bakıya
səfəri çərçivəsində Maykl Benq eyni zamanda
iyunun 29-30 tarixlərində Azərbaycanlı iş
adamları üçün seminarlar keçirir və tədbirlərin
bütün xərcləri Bank of Azerbaijan və Qarant
Sığorta şirkətləri tərəfindən ödənilib. Bank of
Azerbaijan və Qarant Sığorta şirkətlərinin
Azərbaycan biznes cəmiyyəti üçün bu cür miqyaslı
tədbirin keçirilməsində məqsədi Azərbaycan
şirkətlərinə ümumdünya iqtisadi böhranın
nəticələrini daha asan və tez - yeni ideyalar və
bacarıqları praktiki öyrətmək yolu ilə - fəthinə
kömək etməkdir.
|
25
Iyun 2009 /
12:30
Bank of Azerbaijan-ın «Rahat
Depoziti» «Əmanətlərin
sığortalanması haqqında
Qanunun» şərtlərinə
uyğundur |
 |
Bank of Azerbaijan məmnuniyyətlə məlumat
verir ki, cari ilin iyunun 1-dən işə salınmış və
ölkə əhalisi arasında kifayyət qədər populyarlıq
qazanmış bankın “Rahat Depozit” adlı yeni
məhsulu bu yaxınlarda «Əmanətlərin
sığortalanması haqqında Qanuna” əlavə edilmiş və
Milli Məclis tərəfindən qəbul olunmuş
dəyişikliklərə uyğundur.
Belə ki, «Əmanətlərin sığortalanması haqqında
Qanuna” əlavə edilmiş dəyişikliyə əsasən, Bank
of Azerbaijan-ın üzv olduğu Əmanətlərin
sığortalanması fondu depozit dərəcəsi 15%-dən
artıq olmamaq şərti ilə 30 min manatədək
məbləğində olan depozitləri sığortalayır.
Burada «Rahat Depozit» məhsulunun şərtlərini
xatırlatmaq yerinə düşərdi, çünki onun
şərtlərinə əsasən depozitin faiz dərəcəsi 14%
bərabərdir. Beləliklə, bizim yeni məhsulumuza
əsasən siz depozit yerləşdirməklə:
1) Hər ay dividendlər ala bilərsiniz;
2) Depozitin həcmindən 30, 50 və ya 70% bərabər
olan məbləğdə kredit xəttindən yararlana
bilərsiniz;
3) Faizləri depozitdən aldığınız 14%-dən az,
yəni 12%-li kredit xətti ilə ödəyirsiniz;
4) Əmanətinizi, heç bir şeylə risk etmədən,
sığortalamış olursunuz.
«Rahat Depozit» məhsulu haqqda ətraflı məlumatı
Bank of Azerbaijan-ın Məlumat Mərkəzinə 175 qısa
nömrəsinə zəng etməklə və ya bankın rəsmi
saytına - www.bank.az daxil olmaqla əldə etmək
olar.
|
17 Iyun 2009 /
15:00
USAID-in dəstəyi ilə
Bank of Azerbaijan-da
kredit mütəxəssisləri
üçün treninqlərə start
verildi |
 |
Bu həftə Bank of Azerbaijan-ın baş ofisində
amerikanın məşhur kredit mütəxəssisi, bu sahədə
24-illik iş təcrübəsinə malik olan Cen Berişin
beşgünlük treninqlərinə start verildi.
Bankın kredit mütəxəssislərinin iştirak etdiyi
treninqlər aşağıdakı mövzular üzrə keçirilir: «Kiçik
və orta biznesdə nağd vəsait axınının təhlili və
proqnozu», «Kiçik və orta biznes üçün nağd
vəsait axınının aylıq proqnozu», «Əmsallardan
istifadə və maliyyə hesabatları ilə əlaqə», «Qısamüddətli
aktivlərin dəyərinin hesablanması», «Nağd vəsait
axınının proqnozları: Təhlil və təmayüllər;
dəyişikliklərin təsirinin təhlili».
Qeyd edək ki, Cen Berişin treninqləri USAID-in
ölkədə kiçik və orta sahibkarlığın inkişafına
həsr olunmuş layihəsi çərçivəsində həyata
keçirilir. Bank of Azerbaijan-ın bu layihədə
iştirakına dair razılıq bankın sədri Xəyal
Şərif-zadə və USAID-in Bakı ofisinin başçısı Pol
Devis arasındakı bu günlərdə keçirilən görüşü
zamanı əldə olunmuşdur. Nəticədə, Bank of
Azerbaijan ölkə bankları arasında qrant almış
bir neçə banklardan biri olmuşdur ki, bunun da
əsasında banka Chemonics International Inc.
tərəfindən texniki dəstək göstərilir.
Тexniki dəstək il boyunca bir neçə mərhələdə
aparılır. Buraya, yuxarıda qeyd etdiyimiz Bank
of Azerbaijan-ın kredit mütəxəssisləri üçün
treninqlərin keçirilməsi, kreditləşmənin yeni
bank standartlarının işlənib hazırlanması
məqsədilə konsaltinq xidmətlərinin göstərilməsi,
mövcud məhsulların optimallaşdırılması və yeni
məhsulların inkişaf etdirilməsi daxildir.
Bank of Azerbaijan-ın bu cür layihələrdə
iştirakı, müştərilərə ən yüksən səviyyədə
xidmətlərin göstərilməsi məqsədilə əməkdaşların
ixtisasının təkmilləşdirilməsi baxımından bankın
institusional və innovasion inkişaf siyasətində
mühüm rol oynayır və bir daha bu siyasətə sadiq
olmasını təsdiq edir.
|
|
11 Iyun 2009 /
15:00
Bank of Azerbaijan-da
fiziki şəxslərin
əmanətləri 43% artıb |
 |
Bank of Azerbaijan-ın fiziki şəxslərinin
depozit portfeli ilin əvvəlinə nisbətən 41%
artaraq 46 698 000 manata çatıb, yəni portfel
artımı 13 553 000 manat təşkil edir. Bu barədə
birbaşa bankın özündən məlumat verilib. Eyni
zamanda əhalinin təcili əmanətləri beş ay
ərzində 43% artmışdır.
Hal-hazırda bank müştərilərə digər depozitlərlə
yanaşı «Progressiv» və «Rahat Depozit»
depozitlərini də təqdim edir.
«Progressiv» depoziti müştərilərə pul
əmanətlərini manat, dollar və ya avroda çox
sərfəli faiz dərəcələri – 17%, 18% və 19% ilə
yerləşdirmək imkanını verir. Eyni zamanda
depozit üzrə dividendləri hər ay almaq mümkündür.
1 iyun tarixində əhaliyə təqdim olunmuş “Rahat
Depozit” məhsulu, öz növbəsində, böyük marağa
səbəb olub və artıq ilk günlərdən ona olan
tələbat kifayət qədər yüksək idi.
Məhsulun mahiyyəti çox sadədir. Bank of
Azerbaijan-da deposit yerləşdirərək müştəri
əmanətin məbləğinin 70%-nədək kredit xəttini
açaraq istənilən zaman bu vəsaitdən yararlana
bilər. Ən maraqlısı ondan ibarətdir ki, əmanətə
hesablanan dividendlər 14% təşkil edərək, kredit
xətti ilə hesablanan və 12% təşkil edən
dividendlərdən yüksəkdir. Eyni zamanda, depozit
üzrə dividendlərin istənilən halda depozitin tam
məbləğinə hesablandığına baxmayaraq, onların hər
ay alınması mümkündür.
Bankın məhsulları haqqda ətraflı məlumatı
www.bank.az saytından və qısa nömrə - 175
vasitəsilə Məlumat mərkəzi ilə əlaqə saxlamaqla
əldə etmək olar. |
|
11 Iyun 2009 /
15:00
Bank of Azerbaijan-da
fiziki şəxslərin
əmanətləri 43% artıb |
 |
Bank of Azerbaijan-ın fiziki şəxslərinin
depozit portfeli ilin əvvəlinə nisbətən 41%
artaraq 46 698 000 manata çatıb, yəni portfel
artımı 13 553 000 manat təşkil edir. Bu barədə
birbaşa bankın özündən məlumat verilib. Eyni
zamanda əhalinin təcili əmanətləri beş ay
ərzində 43% artmışdır.
Hal-hazırda bank müştərilərə digər depozitlərlə
yanaşı «Progressiv» və «Rahat Depozit»
depozitlərini də təqdim edir.
«Progressiv» depoziti müştərilərə pul
əmanətlərini manat, dollar və ya avroda çox
sərfəli faiz dərəcələri – 17%, 18% və 19% ilə
yerləşdirmək imkanını verir. Eyni zamanda
depozit üzrə dividendləri hər ay almaq mümkündür.
1 iyun tarixində əhaliyə təqdim olunmuş “Rahat
Depozit” məhsulu, öz növbəsində, böyük marağa
səbəb olub və artıq ilk günlərdən ona olan
tələbat kifayət qədər yüksək idi.
Məhsulun mahiyyəti çox sadədir. Bank of
Azerbaijan-da deposit yerləşdirərək müştəri
əmanətin məbləğinin 70%-nədək kredit xəttini
açaraq istənilən zaman bu vəsaitdən yararlana
bilər. Ən maraqlısı ondan ibarətdir ki, əmanətə
hesablanan dividendlər 14% təşkil edərək, kredit
xətti ilə hesablanan və 12% təşkil edən
dividendlərdən yüksəkdir. Eyni zamanda, depozit
üzrə dividendlərin istənilən halda depozitin tam
məbləğinə hesablandığına baxmayaraq, onların hər
ay alınması mümkündür.
Bankın məhsulları haqqda ətraflı məlumatı
www.bank.az saytından və qısa nömrə - 175
vasitəsilə Məlumat mərkəzi ilə əlaqə saxlamaqla
əldə etmək olar. |
30 May 2009 /
22:00
Bank of Azerbaijan-dan
yeni “Rahat Depozit”
məhsulu! |
 |
Bank of Azerbaijan iyunun 1-dən etibarən yeni
unikal məhsulu - “Rahat Depozit”-ini istifadəyə
verməsi haqqda elan edir! Bizim bankda depoziti
yerləşdirməklə, siz istənilən an öz
vəsaitlərinizdən istifadə edə bilərsiniz. Buna,
30, 50 və ya 70% həcmində məbləğə açıla bilən
kredit xətti vasitəsilə nail olmaq olar.
Bu məhsulun unikallığı eyni zamanda bir neçə
amildən ibarətdir:
Depozit üzrə faizlər – illik 14% - istənilən
halda depozitin tam məbləğinə hesablanır.
Depozitin yerləşdirilməsi müddəti ən azı bir il
təşkil edir.
Depozit üzrə faizləri hər ay götürmək olar.
Kredit xətti üzrə faiz dərəcəsi – 12%-dən
başlayır, bu isə istənilən halda depozit üzrə
hesablanmış faizlərə nisbətən daha kiçik
rəqəmdir.
Beləliklə, nəinki müştərinin depoziti onun üçün
əlçatan olur və o depozit üzrə faizləri almaq
imkanını əldə edir, hətta müştəri bundan udmuş
olur, çünki kredit üzrə ödənilən faizlər depozit
üzrə hesablanmış faizlərə nisbətən daha azdır.
Bank of Azerbaijan ölkə əhalisinin rifahının
qayğısına qalaraq, əhaliyə hər dəfə yeni
məhsulları təqdim etməkdə və sevindirməkdə davam
edir.
“Rahat Depozit" haqqında ətraflı məlumatı 175
qısa nömrəsi vasitəsilə Məlumat mərkəzlə əlaqə
saxlayaraq əldə etmək olar.
|
|
29 May 2009 /
12:00
Bank of Azerbaijan daha
da yaxın və əlçatan oldu! |
 |
Bank of Azerbaijan, bankın baş ofisində ölkə
əhalisinin banka maksimal dərəcədə
yaxınlaşdırılmasına xidmət edəcək Məlumat
mərkəzin (Call Center) istifadəyə verilməsinə
dair bütün işlərin yekunlaşmasını elan edir.
Bu gündən etibarən, bankla əlaqə yaratmaq üçün
Sizdən yeddi rəqəmli telefon nömrələrinin
yığılması tələb olunmayacaq. Cəmi üç rəqəmin -
175 yığılması kifayyətdir və Məlumat mərkəzin
əməkdaşları 09.00-dan 18.00-dək sizin
xidmətinizdə olacaqlar. Bizə, həm stasionar
telefonlardan, həm də istənilən mobil operator
vasitəsilə zəng vurmaq olar.
175 qısa nömrəsini yığmaqla, Siz həm bankın özü,
həm də onun məhsulları və xidmətləri haqqında
ətraflı məlumat ala bilərsiniz. Əgər Siz
bankımızın müştərisisinizsə, bu halda
hesabınızın vəziyyəti, kreditiniz haqqında
məlumat əldə etmək imkanını qazanacaqsınız, bank
isə öz növbəsində məlumatın məxfiliyinə zəmanət
verir. Bank of Azerbaijan Sizə bizimlə işləmək
və ünsiyyətdə olmağınızın rahatlığının təmin
olunması naminə daim çalışır. İndi isə 175
nömrəsi ilə.
|
|
09 May 2009 /
22:00
Bank of Azerbaijan
MAY
aksiyasını başlayır |
 |
Bank of Azerbaijan-ın bu ayın sonunadək davam
edəcək МАY (Manat AL və Yerləşdir) adlı aksiyası
ölkə əhalisinin xoş təəcüblənməsinə yönəlib.
Aksiyanın mahiyyəti olduqca sadədir – biz
dollarları manata
ÖLKƏDƏ ƏN YÜKSƏK MƏZƏNNƏ ilə 1$=0, 81 AZN
DƏYİŞİRİK.
Siz buna bankımızın istənilən filialında olarkən
əmin ola bilərsiniz. Satışın yüksək həddi yoxdur,
yəni Siz bizə istədiyiniz miqdarda dollar sata
bilərsiniz.
Lakin bu hələ son deyil. Biz nəinki Sizdən
dollarları alırıq, hətta SİZİN MANATLARINIZIN
çoxalmasının qayğısına qalırıq. Necə? Çox sadə.
Dollarları manata dəyişərək, Siz onları bizim
bankdakı hesabınızda altı aydan az olmamaq
şərtilə saxlayırsınız. 6 aydan sonra isə faiz
artımına görə Sizin məbləğ illik olaraq 15%
artacaq. Əgər Siz öz vəsaitlərinizi bir il
müddətinə bankda yerləşdirsəniz, bu halda faiz
dərəcəsi müvafiq olaraq 17%, 2 ilə - 18%, 3 ilə
isə – 19% təşkil edəcək.
Lakin biz bununla da kifayyətlənmirik. Bank of
Azerbaijan ÖLKƏDƏ HƏR AY BU CÜR YÜKSƏK FAİZ
DƏRƏCƏLƏRİ ödəyən YEGANƏ BANKDIR!
Sadə misal gətirək. Fərz edək ki, Siz 10 000
USD-ə sahibsiniz. Siz onları manata 1 dollar
= 0,8036 manat adi məzənnə ilə dəyişə
bilərsiniz.
Lakin MAY aksiyasına əsasən Siz onları 1 dollar
= 0,81 manat məzənnəsi ilə dəyişəcəksiniz.
10 000 * 0,81 = 8 100 AZN, və bununla Siz sadəcə
məzənnə fərqinə görə 64 AZN qazanmış olursunuz,
çünki adi məzənnə ilə Siz 8 036 AZN almış
olacaqdınız.
Siz bu məbləği hesabınıza sizin üçün əlverişli
olan müddətə və yuxarıda qeyd olunmuş tariflərə
uyğun olaraq yerləşdirirsiniz. Və nəticə
etibarılə hər ay faizlərinizi almaq imkanını
qazanırsınız.
Artıq vəsaitlərinizin hansı valyutada
saxlanılması haqqda düşünməyə dəyməz! Onları
bizdə ƏN YÜKSƏK MƏZƏNNƏ ilə dəyişin və HƏR AY
DİVİDENTLƏR əldə edin!
|
|
29 Aprel 2009 /
10:35
Bank of Azerbaijan yeni
filialını açdı |
 |
Bakı Beynəlxalq avtovağzalının ticarət
kompleksinin ərazisində Bank of Azerbaijan-ın 23
saylı filialının rəsmi açılış mərasimi baş tutdu.
Açılış mərasimində Bank of Azerbaijan-ın idarə
heyətinin sədri Xəyal Şərif-zadə, idarə
heyətinin üzvləri, eləcə də filialın rəhbərliyi
və əməkdaşları iştirak etdilər.
Beləliklə, filial şəbəkəsini təkmilləşdirmək
və optimallaşdırmaqla, bank filliallarının
genişləndirilməsi siyasətini həyata keçirməkdə
davam edir.
Bank of Azerbaijan-ın filialı ticarət
kompleksinin əhali üçün rahat və avtovağzalın
istənilən nöqtəsindən kifayət qədər əlçatan bir
sahəsində yerləşir. Filial əhaliyə
hesablama-kassa xidməti, valyuta mübadilə
əməliyyatları, təcili pul köçürmələri, əhalidən
əmanətlərin qəbulu, mikrokreditlərin verilməsi
kimi xidmətlərin geniş spektrini təklif edir.
Avtovağzalın ərazisində plastik kartlar üçün
nəzərdə tutulmuş POS-terminallar və iki bankomat
da fəaliyyət göstərir. Filialın 13 əməkdaşdan
ibarət yüksək ixtisaslı personalı hər bir
müştəriyə diqqətli yanaşaraq fərdi xidmət
göstərir.
|
|
30 Mart 2009 /
11:00
Baş ofisin yeni ünvanı! |
|
Əziz xanımlar və cənablar!
Sizin diqqətinizə çatdırmaq istərdik ki, artıq
bizim baş ofisimiz yeni ünvanda yerləşir –
H.Sarabski küç., məhəllə 657. Keçmiş baş
ofisimizdə - Səməd Vurğun küç.,3 ünvanında indi
üç nömrəli filial fəaliyyət göstərir.
Qeyd edək ki, Bank of Azerbaijan-nın əsas
məqsədi – işimizin keyfiyyətini yüksəltmək, yəni
müştərilərlə bağlı işimizin effektivliyini
artırmaq, mühüm bank texnologiyaları və yüksək
biznes standartlarını tətbiq etməkdir.
Buna görə də yeni ofisimizdə baş ofis və mərkəzi
filial ayrıca fəaliyyət göstərəcək. Mərkəzi
filial baş ofisimizin birinci mərtəbəsində
yerləşir. Gülərüz personal, rahat avtomobil
saxlama yeri, VİP-müştərilər üçün xüsusi otaq
daim müştərilərin xidmətindədir. |
|
20 fevral 2009 / 10:00
“Bank of Azerbaijan” biznes-kreditlər sahəsində ilin brendi adını qazandı |
|
Bank of Azerbaijan biznes-kreditlər sahəsində ilin brendi adını qazandı. Bu barədə çərşənbə günü keçirilən Brand Award Azerbaijan 2008 mükafatının təqdimetmə mərasimində məlum oldu. Xəzər İnteqrasiya İşgüzar klubu və Caspian Energy Beynəlxalq mediaqrupu, Sənaye və energetika, Vergilər, Rabitə və informasiya texnologiyaları Nazirliklərinin və Standartlaşma, metrologiya və patentər üzrə Dövlət Komitəsinin dəstəyilə təqdim edilən bu mükafata respublikanın ən inkişaf etmiş və etibarlı banklarından biri layiq görülmüşdür.
Mükafat il ərzində istehlakçılar arasında rəğbət qazanan və ən çox maraq doğuran şirkət və təşkilatların təqdim etdikləri məhsul və xidmətlərin ən tanınmış brendlərinə verilir. Mükafat, kütləvi tələbat məhsullarından tutmuş korporasiyaların imici və maliyyə xidmətlərinə qədər geniş spektrli brendlərin yaradılmasında əldə olunan nailiyyətləri nəzərə alır.
Qeyd edək ki, ASC Bank of Azerbaijan kommersiya fəaliyyətinə 1993-cü ilin dekabrın 1-dən Azərbaycan Mlilli Bankın 166№-li lisenziyası əsasında Rabbatbank KB qismində başlayaraq, dövlətimizdə ilk yaradılan banklardan biridir. Bu yaxınlarda Bank of Azerbaijan-da rəhbərlik dəyişikliyi baş vermişdir ki, bunun nəticəsində təşkilata Xəyal Şərifzadə başda olmaqla təcrübəli komanda rəhbəhlik etməyə başladı.
Bankın prioritetlərindən biri respublikanın ərazisində nümayəndəlik və filiallar şəbəkəsinin fəal genişləndirilməsidir. Hal-hazırda bank Bakı, Naxçıvan, Sabirabad, Balakən, Ucar və Zərdabda 18 filial, 34 mübadilə məntəqəsi və 20 bankomata malikdir |
|
|
|