|
MobilBanking – Mobilbank xidməti vasitəsi ilə bankın müştəriləri öz bank
hesabı haqqında məlumatları mobil telefona almaq imkanı əldə edə bilər.
Xidmətin aktiv olunması :
Yalnız Azərcell abunəçiləri Mobilbank xidmətinə qoşula bilərlər. Xidmətdən
istifadə etmək istəyən müştərilər ilk öncə Azərcell Müştəri Xidmətlərinə
müraciət etməlidirlər. Öz şəxsiyyətini təsdiq edən sənədi və sim kartı təqdim
etməklə müştəri xidmətlərindən dublikat sim kart alırlar. Telefonun menusunda
yeni Azercell MobilBank xidməti açılır. (Müştəri banka müraciət edənə qədər bu
menuya daxil olmamalıdır!)Daha sonra müştəri şəxsiyyətini təsdiq edən sənəd,
xidməti açdırmaq istədiyi plastik kart(ları) və yeni alınmış simkart ilə Bankın
müştəri xidmətlərinə yaxınlaşmalıdır.Bank işçisi tərəfindən təqdim olunan
“MobilBank” xidmətinə qoşulmaq üçün ərizə formasını doldurmalıdır doldurulub
AzəriCarda göndərilir. Sənəd göndəriləndən sonra 3 (üç) iş günü ərzində xidmətin
aktivləşir. Bunun üçün MobilBank xidmətinə qoşulmaq üçün mobil telefon nömrəsi
və bank hesab nömrəsinin eyni şəxsin adına olub olmaması yoxlanılır. Daha sonra
xidmətin aktivləşdirilməsi barəsində müştəriyə SMS göndərilir. Yalnız bu SMS
alınandan sonra müştərinin mobil telefonunda Mobilbank xidməti daxilində
AZERICARD menyusu açılır. Bura daxil olaraq müştəri əməliyyatları həyata
keçirir.Xidməti deaktiv etmək üçün müştəri banka məktubla müraciət edib ərizə
formasını doldurmalıdır.Öz növbəsində bank da Azərikarta müvafiq müştərinin
xidmətinin deaktiv edilməsi barədə məktub göndərir.
SMS Notifications
Kartın xidmətə qoşulması üçün kart sahibi ATM-lərə yaxınlaşıb öz kartını PİN ilə
təstiq etməlidir.Kartın sahibi istənilən Azercell nomrəsini öz kartında olan
xidmətə qoşa bilər.Krtda xidməti ləğv etmək üçün müştəri bank filiallarına
müraciyyət etməlidir.Filial öz növbəsində məktub ilə AzeriCarda müraciyyət edib
müştərinin kartına bağlanan nömrəsini ləğv edir.
Xidmətin aktiv olunması :
Əsas menyuda Ödəmələr seçilir,Xidmətlər,sonradan MobilBank menyusunu seçib öz
nömrəsini 2 dəfə təsdiq etməlidir.Nömrəniz sistemə qoşularsa bu barədə SMS
gəlir.Əks halda Azərikardın müştəri xidmətlərinə müraciyyət etmək lazımdır.
|