Bank of Azerbaijan öz müştərilərinə müxtəlif növ kreditlər təqdim edir və bu zaman uzun müddət bankla əməkdaşliq edən, sabit maliyyə vəziyyətinə və müsbət kredit tarixçəsinə malik olan, eyni zamanda satıla biləcək girov təqdim edən müştərilərə üstünlük verir.

KORPORATİV MÜŞTƏRİLƏR

Korporativ müştərilərə kreditlərin verilməsi şərtləri:
1. Borc alan hüquqi şəxs 6 aydan az olmayan bir muddətdə bankın müştərisi olmalıdır;
2. Müəssisənin qeyd olunan sahədəki fəaliyyəti ən azı 12 ay təşkil etməlidir;
3. İtkisiz fəaliyyət;
4. Təqdim olunmuş girovun dəyəri kredit məbləğindən 2 dəfə artıq olmalıdır;
5. Kredit məbləğinin və ona əlavə edilmiş faizlərin müəssisənin cari fəaliyyəti müddətində ödənilməsi imkanı;
6. Təqdim olunmuş sənədlərin qüvvədə olan qanunvericiliyə uyğun olması.

Bu tələblərə uyğun gələn müştərilər banka müraciət etməli və krediti əldə etmək üçün ərizəni doldurmalıdırlar. Bundan sonra kredit idarəsinin əməkdaşları müştəri ilə müsahibə aparacaqlar. Kreditin verilməsi barədə son qərar müştərinin təqdim etdiyi sənədlər paketinə baxış kecirildikdən sonra bankın səlahiyyətli orqanı tərəfindən qəbul edilir.

Kredit almaq üçün korporativ müştərilərin təqdim etdiyi sənədlərin siyahısı:
1. Krediti almaq üçün ərizə;
2. Bankın idarə Rəhbərinin adına yazılmış sərbəst ərizə;
3. Müəssisənin rəhbəri və baş mühasibi haqqinda məlumat (Bank tərəfindən təqdim olunmuş müvafiq formatda);
4. İmzaların və möhürun nümünələri;
5. Lisensiya (lazım qələrsə);
6. Son hesabat dövrü üçün maliyyə hesabatı;
7. Auditor yoxlaması aktının surəti
8. Vergi müfəttişliyinin yoxlamasının nəticələri haqqında aktın surəti;
9. Nizamnamə və qeydiyyat şəhadətnaməsinin notarius tərəfindən təsdiqlənmiş surəti, kommersiya təşkilatının dövlət reyestrindən çixarışı (Ədliyyə Nazirliyi);
10. Rəhbərin və baş mühasibin təyin olunması barədə əmrlərdən çıxarışlar;
11. Müvafiq idarəetmə orqanının, yaxud Təsisçinin (Təsisçilərin) müvəkkilinin kreditin alınması barədə qərarı;
12. Biznes planı;
13. Digər banklarda olan hesablardakı qalıqlar və kredit borcları haqqında arayış;
14. Kreditin məqsədini təsdiqləyən sənədlər;
15. Əgər hüquqi şəxsin bankda cari hesabı yoxdursa, ssuda hesabının açılması üçün Vergi müfəttişliyinin bildirişinin dublikatı; əqər carı hesab varsa, ssuda hesabının açılması üçün Vergi müfəttişliyinin bildirişinin dublikatı tələb olunmur.
 

 

Korporativ müştərilər üçün kreditlər

 

 

 

Baş səhifə | Bank haqqında | Xəbərlər | Korporativ e-mail | Saytın xəritəsi | Əlaqə

Bank of Azerbaijan ASC © 2008. Bütün hüquqlar qorunur

Məlumat Mərkəzi: 175;  Tel: (+99412) 499 70 00 ;  Fax: 499 70 10; Email: office@bank.az